Yüklə

Sual:
Allah sizi xeyirlə mükafatlandırsın bu sual soruşan deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) Həsən bin Əliyə (Allah ondan razı olsun) öyrətdiyi qunut duasından əlavə dua etmək olarmı?

Cavab:
Qunut duasında Həsən bin Əlidən (Allah ondan razı olsun) rəvayət olunan duadan əlavə dua oxuya bilər. Lakin bəzi imamların (Allah onlara hidayət versin) etdikləri kimi: çətin cümlələr qurmaq, hədislərdə deyilməyən cümlələrlə dua etmək olmaz. Quranda və səhih hədislərdə deyilən dualarla dua etsin.

Özündən dua ixtira etməsin. Yaxud “bu yaxşı duadır” – deyib, duasına əlavə etməsin.
Həmçinin qunut duasını uzun-uzadı etməsin. Bu duanı uzun etmək icazəli deyildir. Camaata çətinlik gətirən uzunçuluq icazəli deyildir.

Camaata imamlıq edən, namazı çətinləşdirməməli, namazı uzatmamalı, əziyyət çəkib Quran və sünnədə deyilməyən dualarla dua etməməlidir.