Fətvalar Ramazan Tərbiyəvi

Ramazanın ikinci on günü – Şeyx Fovzan (VİDEO)

Yüklə

Ey insanlar Allahdan qorxun. Bu ayınızın on günü artıq geridə qalmışdır. Siz artıq ikinci on günlüyə qədəm qoymusunuz. Çox keçməyəcək sonuncu on gün gələcək. Sonra ay yekunlaşacaq.

Siz bu ayda hansı yaxşı işlər etdiyinizə bir baxın. Keçən günlərin nə ilə keçdiyi haqqında düşünün. Qalan günləri necə keçirəcəyinizi fikirləşin. Özünüz düşünün!!!

Kim yaxşı işlər görürsə, davam etsin və yaxşılığını sona qədər görsün.
Kim bu günə qədər səhlənkarlıq edib və qəflətdə olubsa, keçən günlərə görə Allaha tövbə etsin, qalan günlərdə fürsəti əldən verməsin.

Əməllər sonuncu etdiyinə uyğun ölçülür.

Ey Allahın bəndələri Allahn qorxun. Allahın sizin üçün bu həyatda fürsət etdiyi bu ayı lazımınca dəyərləndirin, onu əldən verməyin. Bu əzəmətli aydır. Bu oruc və ibadət ayıdır.

Bu ayda cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar, şeytan kilidlənər. Bu ayda carçı belə car çəkər: “Ey xeyir istəyən kimsə tələs. Ey şər istəyən kimsə, bəsdir!!! Bu hal hər gecə təkrarlanar.”

Ey Allahın bəndələri, Allahın bəd dua edən varlıqlarından həzər edin. Qəflətdə və səhlənkarlıqda qalmayın. Həqiqətən də ömür qısa, vaxt məhdud, əməllər isə qeydiyyatdadır.

Siz etdiklərinizə görə hesab verəcək və əvəzini alacaqsınız. Siz aqibətinizi təsəvvür edin və əməllərinizi düzəldin.

Uca və izzətli Allahdan diləyirəm ki, bizi və sizi həm bu ayda, həm də digər vaxtlarda yaxşı söz və əməllərə müvəffəq etsin.