Fətvalar Fiqh Nəsihət

Valideyn hədiyyəsini geri istəyə bilərmi? – Şeyx Fovzan (VİDEO)

Yüklə

Sual:
Atam evlənməyim münasibəti ilə mənə verdiyi hədiyyəni geri istəyə bilərmi? Onu da deyim ki, o bu hədiyyəni verərkən bəzi qardaşlarımı da buna şahid tutmuşdu.

Cavab:
Bəli, valideyn övladına verdiyi hədiyyəni geri götürə bilər. Bu hal yalnız valideynə aiddir. Başqası isə hədiyyəsini geri götürə bilməz. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hədiyyəsini geri götürən, qusduğunu yalayan köpək kimidir.”

Hədiyyəni verdikdən sonra onu geri götürmək olmaz. Yalnız valideyn istisnadır. Çünki adətən valideyn övladının malından ona ziyan vurmayanı və ehtiyacı olmayanı götürür. Buna görə də hədiyyəsini geri götürə bilər, ələlxüsus məqsədi övladları arasında bərabərliyi qorumaqdırsa.