Yüklə

Sual:
Möhtərəm şeyx, telefonumda Quranın elektron nüsxəsi vardır. Mən ondan oxuya bilərəmmi? Kitabdan deyil, telefondan oxuduğum üçün savabım azalırmı? Həmçinin qiraət edərkən dəstəmaz almağım vacib olurmu?

Cavab:
Bəli, Quranı telefondakı elektron proqramdan oxuya bilərsən. Bu halda sənin dəstəmazlı olmağın vacib deyil. Çünki bu, Quran kitabı (ərəb. əl-Mushaf) sayılmır. Sən sadəcə olaraq telefonda yazılan bir şeyi oxuyursan. Telefon isə Quran adlanmır və onunla Quran kimi davranılmır, sadəcə telefon kimi davranılır. Çünki burada sadəcə olaraq Quran onun ekranında görsənir.

Bu, Quranı oxumağa yardım edən bir vasitədir.

Şükr Allaha məxsusdur.