Yüklə

Sual:
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) uşaqlarla davranışı, ünsiyyəti və gözəl mübarək göstərişi necə idi?

Cavab:
Bu haqda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsində açıq-aydın bilgi vardır.

Ənəs bin Malik (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) on il xidmət etdim. O, etmədiyim bir işə görə heç vaxt “Nə üçün belə etmədin?”, yaxud etdiyim bir işə görə “Nə üçün belə etdin?” demədi.

Bir gün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) camaata vəz edərkən nəvəsi Həsən və Hüseyni oradan keçən gördü və minbərdən enib onları qucağına aldı və dedi: “(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir…” (əl-Kəhf surəsi: 46).
Bir dəfə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qucağındakı uşaq onun libasına idrar edir və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bir qab su gətizdirib libasına tökür, lakin libasını yumur.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) uşaqlarla xoş davranar, onlarla zarafat edərdi.
Umeyr adlı azyaşlı uşağa belə deyərdi: “Ey Əbu Umeyr, “Nuğeyr” (uşağın oynatdığı kiçik quşun adı idi) nə etdi.”

Bəzən elə olurdu ki, o namaz qılarkən səcdə vaxtı uşaq onun belinə çıxar, o isə uşaq oradan düşənə qədər səcdədən qalxmazdı.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) uşaqlarla xoş, təvazökar, mülayim və mərhəmətli davranardı.
Buna görə də onun sevgisi hər kəsin qəlbində yer tutdu.