Yüklə

Sual:
Bəzi camaatlar vardır ki, onlar İslam adı ilə çıxış edir. Halbuki İslam onlardan uzaqdır. Onlar cihad deyib car çəkir və İslamı müdafiə etdiklərini iddia edirlər. Amma elə İslama ən böyük pisliyi də onlar edirlər. Çünki onlar nahaq qan axıdır, əminamanlıqda yaşayan insanları qorxutmaq və müsəlmanların birliyini pozmaqla həddi aşırlar.
Bu haqda nə deyə bilərsiniz?

Cavab:
Allaha şükr olsun ki, bizə görə Cihad islamın dirəyidir. Cihad və hicrət İslamın ən şərəfli əməllərindəndir.
Lakin cihad etmək ölkə rəhbərinin səlahiyyətlərindəndir.

Cihadı müsəlmanların rəhbəri əmr edir, onu icra edən və ona komandanlıq edən də o olur. Yaxud ölkə rəhbəri bu səlahiyyəti kiməsə həvalə edir. Bu qayda əqidə kitablarında qeyd olunur. Əhli Sünnə və Camaatın əqidə kitablarında.

Əhli Sünnə alimləri deyirlər ki, cihad hər bir rəhbərlə, istər müti, istərsə günahkar rəhbərlə icra olunur. Bu qiyamətə qədər belə olacaqdır. Şəriətin tələb etdiyi cihad budur.

Nahaq qan tökmək, ölkə rəhbərinin əmrindən çıxmaq XƏVARİCLƏRİN YOLUDUR. Bu, yer üzündə fəsad törətməkdir.
BU FƏSADDIR, CİHAD DEYİL!

Allahdan bağışlanma və yolunu azmış müsəlmanların haqqı bilib ona əməl etməsini diləyirik