Yüklə

Sual: Allah sizi xeyirlə mükafatlandırsın. Sələfilik firqələrdən hesab olunurmu?

Cavab: Ey qardaşım, sələfilik əsasdır, bu firqə sayılmır. Bu əsasdır. Buna müxalif olan nə varsa o batildir. Bəli, hansısa mənada bunu firqə adlandırmaq olar. Çünki uca Allah buyurur ki, “Onlar Allahın firqəsidir…” (əl-Mucadələ: 22).

Bəli, sələfilik Allahın firqəsidir, buna müxalif olanlar isə şeytanın firqəsidir. Necə ki, uca Allah buyurur: “Onlar şeytanın firqəsidir…” (əl-Mucadələ: 19).

Lakin mücərrəd olaraq “sələfilik firqədir” deyib susmaq yalnışdır. Sələfilik “Allahın firqəsidir” deməlisən. Çünki Allah onları belə adlandırıb.