Yüklə

Sual: Şeyx Allah sizi xeyirlə mükafatlandırsın, müsəlman ölkəsində ölkə rəhbərindən əlavə, hər hansı təşkilatın rəhbərinə eşidib itaət etmək beyəti etməyin (sədaqət andı içməyin) hökmü nədir?

Cavab: Bu, haramdır, əsla halal deyildir. İslamın qəbul etdiyi beyətin olduğu bir ölkədə (rəhbərdən başqa) digər bir şəxsə beyət etmək halal deyildir.

Yalnız səfərdə kimsə əmir təyin edilərsə, ona eşidib itaət etmək barədə beyət edilir. Şəriət qaydasına görə üç nəfər səfərdə olarsa, birini əmir təyin edirlər. İki nəfər fikir ayrılığına düşdükdə, son qərarı o verir.

Lakin ölkə daxilində bunu etmək şəriətdən deyildir. Ümumiyyətlə kiməsə, hətta səfərdə əmir təyin edəndə, “sənə beyət edirəm” deyilmir, bu qəti qadağandır.