Yüklə

Qazanc əldə etməyin və xoşbəxt olmağın dörd əsas səbəbi vardır:
1. Allaha və Peyğəmbərinə sədaqətli iman gətirmək. Bu o deməkdir ki, Allaha qarşı ixlaslı, səmimi olmaq lazımdır. Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) itaət olunmalıdır.

2. Saleh əməllər etmək. Bu o deməkdir ki, Allahın fərz etdiyi ibadətləri edəsən, haram buyurduqlarından çəkinəsən. Allahın sərhədlərini aşmayasan. Elm və bəsirət ilə Allah yolunda cihad edəsən (çalışasan).

3. Bir-birinə haqqı tövsiyə etmək. Bu o deməkdir ki, insanları Allahın yoluna çağırmaq, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək lazımdır.

4. Bir-birinə səbri tövsiyə etmək. Bütün bu işlərdə səbrli olmaq mütləqdir. Səbrsiz nə dəvət, nə iman, nə də saleh əməl olmaz.

Kim səbrli olmazsa, o üzərinə düşən vacibi yerinə yetirməmişdir. Kamil qazanc, tam xoşbəxtlik, rifahın və izzətin bərpası yalnız nöqsansız Allahla, bir də deyilən dörd əsası həyata keçirmək, hər bir halda elmdə, əməldə, sözdə və çalışqanlıqda bu əsaslara diqqət ayırmaqla mümkündür. Qazancın və xoşbəxtliyin əsasları bunlardır. Bunlar həm dünya, həm də axirət xoşbəxtliyinin amilləridir.