Fətvalar Həcc və ümrə Tarix

İlk dəfə Həcc etmək necə başlamışdır? – Şeyx Fovzan (VİDEO)

Yüklə

“Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.” (Ali İmran: 96).

Şərəfli Kəbə evi Allahın bütün insanlar üçün bina etdiyi ilk evdir. Uca Allah bu evi inşa etməyi Xəlili İbrahimə (Aleyhissələm) əmr etmişdir.
“Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirdik…” (əl-Həcc: 26).

Bu evi İbrahim və oğlu İsmail (Allahın onlara salamı olsun) inşa etmişlər.
“Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.” (əl-Bəqərə: 127).

Kəbənin inşası başa çatdıqdan sonra uca Allah Xəlili İbrahimə əmr etdi ki, insanları bu evi həcc etməyə çağırsın. İbrahim isə dedi: “Ey Rəbbim, mənim səsim onlara çatmaz axı.”

Allah buyurdu: “Sən insanları çağır, Mən onlara eşitdirəcəyəm.”
İbrahim aleyhissalam insanları: “Ey insanlar, Allah sizə həcc etməyi vacib etmişdir, həcc edin!” – nidası ilə çağırdı.

Beləliklə İbrahimin səsi qiyamətə qədər kişilərin belində, qadınların bətnində olan hər kəsə çatdırıldı.

Bu evi həcc, yaxud ümrə edən hər kəs bu çağırışa “Ləbbeykə Allahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk” (Allahım sənin çağırışına cavab verdik. Sənin çağırışına haray verdik – Sənin şərikin yoxdur.) – sözləri ilə, cavab vermiş sayılır.