Yüklə

Sual:
Kiminsə başına bəla gəldikdə etiraz etməyin hökmü nədir? Məsələn, evi yanar, yaxud övladı dünyasını dəyişərsə, bu halda Allahın qədərinə etiraz etməyin hökmü nədir? Dinimiz bu haqda nə deyir?

Cavab:
Dinimiz bizə bildirir ki, bu növ etiraz HARAMDIR. Allahın qəza-qədərinə etiraz etmək haramdır. Bu imanın zəifliyi və azlığındandır. Əslində o, Allahın qəza-qədəri ilə razılaşmalıdır. Nöqsansız Allah buyurur:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (əl-Bəqərə: 155, 156).

Həmçinin bəla gəldikdə belə demək lazımdır: “Allahummə əcirni fi musibəti, vəxluf aləyyə xayrən minhə.” (Allahım bu müsibətimə görə mənə savab ver və onun əvəzində mənə daha xeyirlisini bəxş et.)