Fətvalar Tərbiyəvi

Yeni dərs ili – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Biz yeni dərs ili ərəfəsindəyik. Siz övladlarınızın məktəbə daxil olması üçün çalışırsınız. Bu, təqdirəlayiq işdir. Təhsil almaq gərəkli işdir.

Faydalı təhsil almaq həm dini, həm də dünyəvi baxımdan gərəklidir. Təhsil almayan və təhsildən yayınan uşaqlar, itib-batır, özbaşınalığa uğrayırlar. Bu gün təhsilsiz və savadsız adama yer yoxdur. Əgər övlad təhsilində uçuruma düşərsə, bütün işlərində uçuruma düşər.

Belə övlad həm valideynləri, həm də cəmiyyət üçün yük olar. Savadsız insan gedib fəsad əhlinə: narkomanlara, azğın düşüncəli insanlara qoşular. Bütün bunlar övladlara laqeyd yanaşmağın nəticəsidir.

Həm dini, həm də dünyəvi faydalı təhsil çox dəyərli və olduqca faydalıdır. Təhsilə səhlənkar yanaşmayın. Övladlarınız üçün yaxşı təhsil ocağı seçin. Yaxşı müdriyyət, yaxşı müəllim heyəti ilə, övladlarınıza nəzarət etmək üçün əlbir olun.

Əgər müəllim, yaxud məktəb müdiri şagirdlərdən kiminsə səhv addımını, yaxud pis davranışını görərsə, bu haqda valideyninə xəbər versin və birlikdə bu boşluğu aradan qaldırmaq üçün çarə görsünlər. “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin.” (əl-Maidə: 2).