Yüklə

Sual: Hörmətli şeyx, sual verən Muhərrəm ayını tam oruc tutmaq haqqında soruşur. Nə üçün bu ay Muhərrəm adlanıb? Haram aylar hansılardır?

Cavab: Muhərrəm ayı əzəmətli aydır. Bu ay Allahın müharibəni qadağan etdiyi haram aylardandır. Digər haram aylar isə, zulqədə və zulhiccə ayıdır. Bunlar ardıcıl haram aylardır. Bir də rəcəb ayıdır. Uca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır…” (Tövbə: 36).

Yəni, uca Allah bu aylarda döyüşməyi haram etmişdir. Muhərrəm ayı da bu haram aylardan biridir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Ramazandan sonra ən üstün oruc, Allahın muhərrəm ayında tutulan orucdur.”

Yəni, sizin Muhərrəm adlandırdığınız aydır. Hədisin zahiri mənasına görə bu ayı tam, yaxud çox hissəsini oruc tutmaqda qəbahət yoxdur.

Bu ayın ən üstün oruc tutulan günü, ayın doqquzu və onudur. Bu gün aşura günüdür. Aşura günü oruc tutulur. Aşura günü ilə yanaşı bir gün əvvəl, yaxud bir gün sonra oruc tutulur. Necə ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə əmr etmişdir.