Yüklə

Sual: Möminin ruhu çıxarkən əziyyət çəkirmi?

Cavab: Aləmlərin rəbbi Allaha həmd olsun, Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, əshabına və qiyamətə qədər onların yolu ilə doğru-dürüst gedənlərə Allahın salavatı və salamı olsun.

Ölümün ağrı-acısı, şiddəti vardır. Uca Allah buyurur: “Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!” (Qaf surəsi, 19).

Hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Həqiqətən ölümün ağrı-acısı vardır.”

Ruhun bədəndən çıxması ağrılı-acılı haldır. Lakin bu insandan insana dəyişir – kimisinə az, kimisinə çox olur.

Ola bilər ki, uca və nöqsansız Allah ölüm ayağında olan insanı hansısa günahlarına görə ruhunu çətin çıxardar. Ruhunun çətin çıxarılması ilə onun günahlarını bağışlayar.

Əslən ruh bədəndən çıxarkən mütləq əziyyət olmalıdır. Həyatı boyu bədənlə birlikdə olan ruhun ayrılması zamanı mütləq ağır çətinlik olmalıdır. Lakin bu çətinlik baxımından insanlar fərqlənirlər.

Allah bizim də, sizin də sonunuzu gözəl etsin… Amin