Yüklə

Sual: Möhtərəm şeyx, Allah sizi müvəffəq etsin.

Sualda deyilir ki, sıravi insanların ümmətə aid böyük məsələlərə müdaxilə etməsi nə qədər doğrudur? Onların bu kimi məsələlərə müdaxiləsi Allahın adından bilmədən danışmaq sayılırmı?

Cavab: Bəli, bu bilmədiyi halda Allahın adından danışmaq sayılır. Şəriət məsələləri bu işlərin hökmünü və çıxış yolunu bilənlərə həvalə edilir.

Uca Allah buyurur: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar…” (Nisa: 83).
Yəni onlar aid olmadıqları işi müzakirə edir, fikir mübadiləsi aparırlar. Halbuki onların buna haqqı yoxdur.

Ayənin davamında isə belə deyilir: “Halbuki əgər bunu, Peyğəmbərə və ya özlərindən olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər.”

Ayədə deyilən əmr sahibləri alimlər və rəhbərlərdir. Əmr sahibləri onlardır – alimlər və rəhbərlər.
“Halbuki əgər bunu, Peyğəmbərə və ya özlərindən olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan kimsələr bilərdilər.”

Biz siyasətə və ümmətə aid olan məsələlərə müdaxilə etməli deyilik. Həm özünü, həm də müsəlmanları bu məsələlərdən salamat çıxaran kimsələr bu işlə məşğul olmalıdırlar. Bunlar isə alimlər və rəhbərlərdir. Əgər iş siyasətə aiddirsə, bu rəhbərlərə və siyasi xadimlərə həvalə edilir. Yox əgər iş şəriət məsələsinə, halal-harama aiddirsə, bu da alimlərə həvalə olunur.