Yüklə

Sual: Allah sizi xeyirlə mükafatlandırsın, haram pulla inşa edilmiş məsciddə namaz qılmaq keçərlidirmi? Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Qəsb edilmiş, yaxud haram pulla inşa edilmiş yerdə namaz qılmaq keçərlidir. Çünki namazın şərtləri, rükunları və vacibləri tamamlanmış sayılır.

Lakin bu cür pulla məscid tikən əməlinə görə savab, əcr qazanmır.