Yüklə

Maidə surəsinin 28-ci ayəsinin təfsirindən

Bu ayənin faydalarından budur ki, insan hər-hansı haram işdən imtina etdikdə, qarşı tərəfə imtina etməyinin səbəbini açıqlasın və bildirsin ki, o acizlikdən və ya qorxudan imtina etməyib, imtina etməsinin əsl səbəbini (Allahdan qorxaraq imtina etdiyini) söyləsin. Necə ki, bu ayədə deyilmişdir:
“Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.” (əl-Maidə: 28).

Bu mənada Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) oruclu haqqında dediyi hədisi də vardır: “Əgər kimsə oruclu adamla dalaşar, yaxud söyərsə, ona desin ki, “Mən orucam!”

Bununla o qarşı tərəfə bildirir ki, o, acizlikdən və zəiflikdən deyil, yalnız oruclu olduğuna görə qarşılıq verməmişdir. Çünki oruclu adama dalaşmaq və söyüş söymək qadağandır.