Fətvalar Nigah və Talaq Ümumi tərbiyə

Ailə sirlərinin açılması – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Sual: Ərinə qarşı haqsızlıq edib, onun sirlərini yayan və əri ilə pis davranan qadına nə tövsiyə edərdiniz?

Cavab: Kişinin qadınla arasında olan münasibətləri, danışdıqlarını, sirlərini ətrafa yayması icazəli deyil. Bu həmçinin qadına da aiddir. Onun da əri ilə özü arasında olan sirləri, söhbətləri açması icazəli deyildir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir. Bu ailə sirləridir və onları yaymaq olmaz.

Sual: Digər sualda deyilir ki, kişinin öz dostları və yaxınları arasında həyat yoldaşı ilə arasında olan münasibətlər haqqında danışması nə qədər doğrudur? Qeyd edim ki, bu adam elə şeylər danışır ki, adam onları dilinə gətirməkdən utanır.

Cavab: BU HARAMDIR. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir. Ər ilə arvad arasındakı sirləri açmaq olmaz. Bunu nə kişi, nə də qadın etməməlidir. Bu sirləri gizli saxlamaq vacibdir.

 

_______________

Sələf Xəbər: Ailə sirlərini açmağı qadağan edən hədis:
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qiyamət günü Allah dərgahında ən şər insanlar, öz arvadına yaxınlıq edib və qadın da öz ərinə yaxınlıq edib, sonra aralarında olan sirləri açan kimsələrdir.” (Muslim: 1437).