Yüklə

_______________

(وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ ، فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ ، وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ) 

“(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik! Sən isə Rəbbini tərifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol! Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr surəsi: 97-99).

_______________

Quran Allahın kəlamıdır. Onda hidayət və nur vardır. O ən şərəfli, ən doğru, ən əzəmətli və ən faydalı kitabdır. Uca Allah buyurur:

“Allahdan daha doğru danışan kimdir?!” (Nisa: 122).

“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad: 29).

Bu, uca Allahın cinlərə və insanlara, ərəblərə və əcəmilərə, kişilərə və qadınlara, varlılara və kasıblara, krallara və qeyrilərinə, fəsad törədənlərə və gözləri görməyənlərə, ümumiyyətlə hər kəsə etdiyi müraciətdir.

Allah hamıya xitab edir ki, ONDAN QORXSUNLAR və ONUN ŞƏNİNİ UCA TUTSUNLAR, ŞƏRİƏTİNƏ ƏMƏL ETSİNLƏR və ONA ŞƏRİƏTİNƏ UYĞUN İBADƏT ETSİNLƏR.