Yüklə

Sual: Nəbi ilə Rəsulun fərqi nədir?

Cavab:
Alimlərin məşhur fikrinə görə, Nəbi şəriət vəhy olunan, lakin insanları təbliğ etmək əmr olunmayan kimsədir. Ona belə etmək olar, belə olmaz, namazı belə qıl, orucu belə tut və s. kimi əmrlər verilir. Amma ona təbliğ etmək əmr olunmur. Onlar, Nəbi adlanırlar.

Ona təbliğ etmək və insanları Allahın əmri ilə xəbərdar etmək əmr olunarsa, O Nəbi və Rəsul olar.
Peyğəmbərimiz Muhəmməd (ona Allahın salavatı və salamı olsun), Musa, İsa, Nuh, Hud, Saleh və başqaları kimi. Onlara Allahın salavatı və salamı olsun.

Digər elm adamları isə deyirlər ki, Nəbi başqasının şəriəti ilə göndəriləndir. Yəni, özündən əvvəlki Nəbiyə tabe olandır. Beləsi Nəbi adlanır. Əgər müstəqil olarsa, o zaman Nəbi və Rəsul olar. Musadan sonra Tövrat şəriəti ilə göndərilənlər, Nəbi sayılırlar. Çünki onlar Tövrata tabedirlər.

Lakin daha doğru fikir birinci dediyimiz fikirdir. Yəni, Rəsul təbliğ etmək əmr olunan kimsədir. Hətta əvvəlki Peyğəmbərin şəriəti ilə getsə də. Necə ki, Musadan sonra gələn Davud, Süleyman və digər Nəbilər kimi. Onlar Musanın dəvət etdiyini təbliğ edirdilər. Onlar həm Rəsul, həm də Nəbidirlər. Onlara Allahın salavatı və salamı olsun.

Rəsul təbliğ etmək əmr olunan kimsədir. Hətta əvvəlki Peyğəmbərin şəriəti ilə getsə də. Tövrat şəriəti ilə gedənlər kimi.

Nəbi isə təbliğ etmək əmr olunmayan kimsədir. Ona namaz, oruc və s. şəriət hökmləri vəhy olunur, lakin ona “İnsanları təbliğ et!” – əmri verilmir.