Yüklə

Sual: Sizdən hamamda dəstəmaz almaq haqqında soruşmaq istəyirəm. Hamamda dəstəmaz almaq olarmı? Əgər olarsa, dəstəmaz zikrlərini necə deyək? Sizə də məlumdur ki, bu gün hamamlar keçmişdəkindən fərqli olaraq təmizdir.

Cavab:
Əgər hamam ilə ayaqyolu bir yerdədirsə, imkan varsa dəstəmaz almaq üçün hamamdan çıxmaq daha yaxşıdır. Əgər kənarda dəstəmaz almaq mümkün deyilsə, elə həmin hamamda almaq olar.

Belə halda dəstəmazdan əvvəl, əllərini yuyanda, yaxud ağzını yaxalayanda bismilləh də desin və dəstəmaza başlasın. Bu işdə məkruhluq yoxdur. Çünki bismilləh demək çox önəmlidir.

Bir çox alimlər dəstəmazdan əvvəl bismilləh deməyin vacib olduğunu söyləyiblər. Onlar bu hədisə əsaslanırlar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Bismilləh deməyənin dəstəmazı da yoxdur.”

Ona görə də insan hamamda olsa da, bismilləh deyib dəstəmaz almalıdır. Çünki bismilləh demək önəmli və təkidlə deyilən əməldir. Bəzi alimlərə görə isə vacibdir.

“Hamamda bismilləh demək məkruhdur” – deyən alimlərin sözünə əsaslanıb bismilləhi tərk etməyin. Doğrudur hamamda bismilləh demək məkruhdur, lakin ehtiyac olduqda – məsələn, dəstəmaz aldıqda, bu məkruhluq götürülür. Çünki bismilləh demək təkidli və önəmlidir.

Bu ya vacib, ya da təkidlə deyilən müstəhəb əməldir.