Yüklə

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dilin təhlükəsi barədə xəbərdarlıq edərkən, Muaz bin Cəbəl (Allah ondan razı olsun) ona dedi: “Ey Allahın elçisi, məgər biz danışdıqlarımıza görə cavab verəcəyik?”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Muaz anan səni itirərdi! İnsanlar elə dilləri ucbatından üzü üstə, yaxud burnu üstə cəhənnəmə düşəcəklər!”

İnsanın dilini qoruması vacibdir. Şair belə demişdir (sözlərin mənası tərcümə edilmişdir):

Dilini qoru ey insan!
İlandır o, çalmasın səni
Qəbirdə dili səbəbi ilə ölən o qədər insan var
Halbuki ən şücaətli insanlar onlardan qorxardı

Müsəlman dilini haram söz danışmaqdan, hətta dedi-qodu kimi boş-boş söhbətlərdən qorumalıdır.

İnsan dilini qorumalıdır.

Əgər dilini qoruyarsa, digər əzalarını da qorumuş olar.