Əqidənin ümumi əsasları Fətvalar Nəsihət

Allahın səndən razı qaldığını necə bilərsən? – Şeyx Süleyman ər-Ruheyli (VİDEO)

Yüklə

Sual: Allahın bizdən razı qaldığını necə bilərik?

Cavab:
Allahın razılığını qazanmaq yüksək məqam və çox əzəmətli işdir.

İzzət və Cəlal sahibi Allahın razılığını qazanmaq üçün, Tövhidi həyata keçirmək, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) gözəl şəkildə itaət etmək və bu işdə çalışmaqla: yəni, Allahın razı qaldığı kimsələrin yolu ilə getməklə – mümkündür.

Allahın razı qaldığı kimsələr dedikdə öncə Peyğəmbərlər (Onlara Allahın salamı olsun), sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələri nəzərdə tutulur.

Bu kimsələrin yolu isə dediyimiz kimi – tövhidi həyata keçirmək, ona böyük önəm vermək, tövhidi əzəmətli sanmaq və sevmək, tövhid əhlini sevmək, onları xeyirlə yad etməkdir.

Həmçinin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) olan itaəti layiqincə yerinə yetirmək, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və onun sünnəsinə doğru-düzgün sevgi göstərmək və bu yol ilə gedənləri sevmək razılığa aparan əməldir.

O cümlədən saleh əməllərə və itaətlərə həris olmaq, asiliklərdən və haramlardan uzaq durmaq lazımdır.

Bəndə bunu edərsə, Allahın razılığını qazanmaq yolunu tutmuş olar. Kim səmimi olaraq bu yolda gedərsə, in-şə-Allah istəyinə çatar.