Yüklə

Sual: Allah sizi xeyirlə mükafatlandırsın möhtərəm şeyx, bəzi insanların müsibətlə qarşılaşdıqda belə dediyini eşidirik: “Həyatın qanunu belədir!”

Cavab:
Bu söz, müşriklərin dediyi söz kimidir: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi.” (Əraf: 95).

“Həyatın qanunu belədir!” (dünyanın işi belədir!, dünya belədir! Və s.) kimi sözlər, cahiliyyət dönəminin sözüdür.

“Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi.”

Bu insanlar baş verənlərdən ibrət alıb “bu, Allahdandır!”, “Allahın işidir!” – demirlər.

“Həyatın qanunu belədir!” – sözü pis sözdür.

Bu halda “Allahın bəndələri üzərində qanunu belədir!”, “Allahın qəza-qədəri belədir!” demək daha doğrudur.

Baş verən işləri uca və nöqsansız Allahla əlaqələndirmək lazımdır, həyatla yox.

Bu söz həmçinin, (Qiyaməti inkar edənlərin – dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır);) “Bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır).” (Casiyə surəsi: 24) – sözünə bənzəyir.