Yüklə

Sual: Şeyx Allah bizə və sənə rəhm etsin, imam fatihə surəsini oxuyarkən camaat namazına qoşulan adam istiftah duasını oxumalıdırmı?

Cavab:
Namaza qoşulanda imam fatihə surəsini oxuyursa, qoşulan adam təkbir edərək sakit dayanıb fatihə surəsinin qiraətini dinləyir, imam fatihəni oxuduqdan sonra istiftah duasını, daha sonra fatihəni oxuyur.

İmam fatihəni oxuduqdan sonra namaza qoşulub və imam da ikinci surəni oxuyursa, bu halda istiftahı deyil, ancaq fatihəni oxuyur.

Çünki bu halda istiftah duasını oxumağa macal yoxdur. İmam başqa surəni oxuyanda yalnız fatihəni oxumaq lazımdır.

Demək namazın ortasında imama qoşulanın iki halı vardır:

1. İmam fatihəni oxuyanda namaza qoşulan adam imamı dinləyir, imam fatihəni bitirəndən sonra istiftahı oxuyur, sonra isə fatihəni oxuyur.

2. İmam ikinci surəni oxuyanda namaza qoşulan adam isə yalnız fatihəni oxuyur. Çünki bu halda istiftah duasını oxumağa macal yoxdur.