Fətvalar Tərbiyəvi

Cümə günü insanların başı üzərindən keçib ön cərgəyə irəliləmək – Şeyx Saleh bin Fovzan əl-Fovzan (VİDEO)

Yüklə

Sual: Möhtərəm şeyx sualda deyilir ki, cümə günü görürük ki, bəziləri insanları başı üzərindən keçərək qarşıdakı cərgəyə keçməyə cəhd edirlər. Dolmuş cərgədəki insanları sıxlaşdırıb özülərinə yer etmək istəyirlər.

Cavab:
Belə etmək olmaz. Əvvəla ona görə ki, camaatın başı üzərindən keçir. Hədisdə deyilir ki, insanların başı üzərindən keçən insan, sanki cəhənnəmə körpü götürmüş kimidir. Namaz qılanların başı üzərindən keçmək olmaz.

Yalnız boş qalmış cərgələri doldurmaq üçün irəli keçmək olar. Əgər cərgədə boş yer qalıbsa onu doldurmaq üçün önə keçmək olar, cərgələr dolubsa camaatın başı üzərindən keçib özünə yer eləmək üçün camaata narahatçılıq vermək olmaz.

İnsan onun üçün müyəssər olan yerdə də dayanıb namazını qılmalıdır.