Fətvalar Nəsihət

Köhnəlib cırılmış dini kitabları nə edək? – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Sual: Hörmətli şeyx, bəzi səhifələri cırılmış və istifadə olunmayan Qurani-kərimin köhnə nüsxələrini nə etmək olar? Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab:
Korlanmış və cırılmış Qurani-kərim və digər dini kitabların nüsxələrindən faydalı istifadə etmək olmursa, onları təmiz yerdə basdırmaq, yaxud xüsusi yerdə (yazılı səhifə qalmamaq şərti ilə) yaxşıca yandırmaq lazımdır.

Alimlər əminamanlıq olmayanda, Qurani-kərim nüsxələrini yandırıblar ki, kimlərinsə əlinə keçib onu təhqir etməsinlər.

Ona görə də bu ikisindən birini etmək: basdırmaq, yaxud yandırmaq olar.

Belə kitabları hara gəldi atmaq, zibilxanaya tullamaq olmaz, bu pis işdir.