Fətvalar Nigah və Talaq

Ərinin üstünə qışqıran qadın – Şeyx İbn Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Sual: Ailə həyatında ərinin üstünə qışqıran qadın haqqında nə deyə bilərsiniz?

Cavab:
Belə qadın bilməlidir ki, ərinin üstünə qışqırması ədəbsizlikdir. Çünki ər onun qəyyumu və böyüyü sayılır. Ona görə də ərinə hörmət etməli, onunla ədəb-ərkanlı danışmalıdır. Çünki belə etməsi onların münasibətinin daimi olmasına və mehriban ünsiyyətə kömək edər.

Ər də qadına qarşı eyni qaydada davranmalıdır. Davranış qarşılıqlı olmalıdır. Uca Allah buyurur: “Qadınlarınızla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (ən-Nisa surəsi, 19).

Bu qadına tövsiyəm budur ki, həm özü, həm də əri barəsində Allahdan qorxsun və ərinin üstünə qışqırmasın, ələlxüsus əri onunla mülayim, sakit səslə danışırsa.