Yüklə

İnsan zina etmək imkanı ola-ola iffətini qoruyarsa, bu, ən üstün əməllərdən sayılar.

Səhih hədisdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir:
“Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı gün, Allahın kölgəsində olan yeddi qism insan olacaqdır: (Onlardan biri də) adlı-sanlı və gözəl qadın kişini zinaya çağırar, o isə “Mən Allahdan qorxuram!” – deyər.”

Bu kişini sevən qadın özünü ona (zina üçün) təslim edir, kişi isə Allahdan qorxduğu üçün ondan uzaqlaşır. Beləliklə o kamil bir iffət nümayiş etdirir və ümid edilir ki, Allah beləsini Allahın kölgəsindən başqa heç bir kölgənin olmadığı gündə, Öz kölgəsində kölgələndirəcəkdir.