Fətvalar Nigah və Talaq

Ərinin nöqsanlarına səbr edən qadına böyük mükafat vardır – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Əgər qadın ərinin nöqsanlarına səbr edər və buna görə Allahdan savab umar, çıxış yolu gözləyərsə, eyni anda ona haqsız davranan ərinin haqqını ödəyərsə, gözəl aqibət onun olar.

Bu qayda bütün haqq sahibləri üçün keçərlidir. Əgər sən üzərinə düşəni edir, qarşı tərəf isə səhlənkarlıq edirsə, Allah səni qalib edəcəkdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qohumluq əlaqəsi saxlayan, onlara yaxşılıq edən, qohumları isə əksini edən bir kişiyə belə demişdir: “Əgər dediyin kimidirsə, sanki sən onların üzərinə od yağdırırsan və belə davam etdikcə, sənin üçün onlar üzərdinə Allah tərəfindən üstünlük vardır.”

Hədisdə deyilən “üstünlük”, yardım mənasındadır.

Uca Allah Qurani-kərimdə belə demişdir: “Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki, sizə qələbə çalmaqda) onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir.” (Təhrim: 4).

Baxın, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyir ki, bu halda Allah tərəfindən sənə yardım vardır.

Qadın da əgər ərinə səbr edər, onun təqsirlərinə və haqsız davranışına dözərsə, onun üçün də eyni mükafat, gözəl sonluq vardır.

Bu həmçinin kişiyə də aiddir. Elə kişilər də vardır ki, onlara qarşı haqsızlıq olur.

İstər kişi, istər qadın haqsızlıq görərsə, səbr etməlidir.