İslam hüququ üzrə doktor şeyx Salih Suheymi, Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professorudur. Əvvəllər, şeyx adı çəkilən universitetin kafedra müdiri vəzifəsində çalışıb. Bundan əlavə, uzun illərdir ki, şeyx, İslamın ikinci ən görkəmli məscidi olan – Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) məscidində daimi müəllim qismində çalışır. Eləcədə Dini işlər Nazirliyinin Mədinə filialının və Səudiyyə Ərəbistanı vəqfinin nümayəndəsidir. Şeyx Suheymi böyük islam alimləri olan, mərhum İbn Baz, Albani və Useymin (Allah onlara rəhmət etsin) kimi alimlərdən elm öyrənmişdir.

Yüklə

Sual verən: “Emosional gənclərdən biri “İraq və Şam İslam Dövləti” (İŞİD) adı ilə tanınan qruplaşmaya qoşularaq Suriyaya “cihada” yollanıb. O, bəyan edir ki, İŞİD barəsində yayılanlar – qətllər və terror aktları doğru deyil. Bu qruplaşmanın əsl vəziyyəti necədir? Allah sizi mükafatlandırsın”.

Şeyx: Əsl həqiqət budur ki, bu qruplaşma (İŞİD) təkfirçi və xəvaric qruplaşmasıdır. Elə bir neçə gün bundan öncə onlar mənim yaxın qohumumun oğlunu dindən dönməkdə (mürtəd olmaqda) ittiham edərək öldürüblər. O, İŞİD-in düşmənçilik etdiyi digər qruplaşmanın (ən – Nusra qruplaşmasının) tərkibində olduğuna görə öldürülüb. Bu qruplaşmaların hər ikisi — istər İŞİD, istərsə də Əl-Nusra (Suriyadakı Əl-Qaidə), haqq yoldan sapıb və azğınlıq içindədir. Lakin birincisi (yəni İŞİD) o birisindən betərdir və daha ziyankardır. Hər iki qruplaşmanın nə dindarlara, nə qohum-əqrəbaya, nə əhd peymana heç bir hörməti yoxdur. Onların (İŞİD) zəlalətindən əmin olmaq üçün iki-üç gün əvvəl bəyan etdikləri absurd mövqe — bütün möminlərin üzərində “Xəlifə” (rəhbər) deyə qəbul etdirmək istədikləri şəxsə beyət etmələri – kifayətdir. Bu qruplaşmalara qoşulan gənclərə təlqin etdikləri ilk şey – öz olkelerinin dövlət bascilarina verdikləri beyəti pozmaqdır, halbuki onlar hər zaman bu Beyətə sadiq qalmalıdırlar.

Öz dövlət başçılarına verdiyi əhdi pozanın halını, siz, yəqin ki, bilirsiniz. Bilmək lazımdır ki, hər birimizin öz dövlət başçımıza Beyəti vardır və onu pozmaq olmaz. Necə ki, siz (BƏƏ vətəndaşları – bu sual cavab BƏƏ də olmuşdur ) də bu ölkənin başçısına beyət edibsiniz. Bu beyəti pozmaq (öz dövlət başçısının qanuniliyini qəbul etməkdən imtina), hiylə və xəyanətdir. “Qiyamət günü hər bir xəyanətkarın bayrağı qaldırılacaq və deyiləcək ki, bu, filankəs oğlu filankəsin xəyanətidir.” (Əl-Buxari). Hər kim öz rəhbərinə verdiyi sədaqət andını pozursa, təhlükəyə düşür! O təhlükədədir!

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Şübhə yoxdur ki, camaatdan bircə qarış ayrılandan sonra ölən kimsə mütləq cahiliyyə ölümü ilə ölər.” (Əl-Buxari). “Kim əmirinə itaət etməkdən əl çəkərsə Qiyamət günü (öz lehinə) heç bir dəlil olmadan Allahın hüzuruna çıxar.” (Muslim).

Beləliklə, bu insanlar müqavilələri pozur, əhdləri qorumur. Onlar haqdan tamamilə uzaqdırlar. Onlar alimləri və bizim rəhbərləri təkfir edir (kafir elan edirlər). Onların işi gücü yalnlz təkfirdir. Onların bildiyi iş yalnız budur. Onlar üçün din də elə bundan ibarətdir. Onlar pərdə arxasında gizlənən bəzi səfehlərin fətvalarına uydular.

Onlar (xəvariclərin ideoloji liderləri) iki növə ayrılırlar:

Birincilər onların yanında durub fətva verənlərdir. Xəvariclər bu insanları özlərinə şeyx seçir, onlara bağlanır,Allahın hökmlərinə qayıtmırlar , həqiqi alimlərin fətvalarına müraciət etmirler. Onların zahiri görünüşləri də eynidir.

Bir də, xəvariclərin (dünyanın müxtəlif yerlərində) gizli liderləri var. Onlar hardasa, elə bizim ölkələrdə oturub onlara (döyüşən xəvariclərə) dəstək üçün fətva çıxararaq insanları ,cavan müsəlmanları yanar oda atılmağa ruhlandırırlar.

Onlar konkret məqsədləri yoxdur.Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Muhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim). Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürülüldüyü kimi öldürərdim” (Əl-Buxari). Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!” (Tirmizi).

Peyğəmbər bizlərə bildirib ki, onlar (xəvariclər) Cəhənnəm köpəkləridir. Onlar (xəvariclər) Quran oxuyacaq, lakin boğazlarından aşağı keçməyəcəkdir! Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaq və ox yerinə qayıtmayana qədər onlar da dinə qayıtmayacaqlar. O (Allahın ona salavat və salamı olsun), onları (xəvaricləri) “cəhənnəm köpəkləri” adlandırmış və xəbər vermişdir ki, onlar hər bir əsrdə meydana çıxacaq və məhv ediləcəkdir . Onların sıralarından Dəccal çıxana qədər bu belə davam edəcəkdir!

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin xəbər verir ki, siz öz namazlarınızı onların namazları ilə müqayisədə, ibadətlərinizi onların ibadətləri ilə müqayisədə dəyərsiz sayacaqsınız. Onlar (xəvariclər) həmçinin Quran oxuyacaqlar, amma o, onların boğazlarından aşağı keçməyəcəkdir! Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) təsvir etdiyi başqa xüsusiyyətləri ilə bərabər onlar (xəvariclər) Əlinin (Allah ondan razı olsun) qatilləri və Osmanın (Allah ondan razı olsun) qatilləridir.

Onlar (xəvariclər) müsəlmanları öldürürlər. Bəs kimə toxunmurlar? Bütpərəstlərə əl dəymirlər. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlar haqqında demişdir. Onların əvvəlki nəsli Osmanın (Allah ondan razı olsun ) qatilləridir. Osmanın (Allah ondan razı olsun ) başını kəsdikdən sonra onlardan biri – lənətlənmiş olan fırıldaqçısı Osmanın (Allah ondan razı olsun ) mübarək başı qarşısında duraraq demişdi: “Allaha and olsun ki, Allahın verdiyi günlərdən, Cihad günlərindən elə bir gün bilmirəm ki, bu (yəni, Osmanın qətl edildiyi) gündən daha xeyirli olsun”.

Əlinin (Allah ondan razı olsun) qatilinə gəlincə, o, Əbdürrəhman İbn Mulcamdır. O demişdir: “Mən həqiqətən bu nizəni zəhərlədim və onun doqquz süngüsü var. Onlardan üçünü Allah və onun Elçisi yolunda zəhərlədim. Süngülərdən altısını isə mən ancaq Əliyə olan nifrətim səbəbilə zəhərlədim.” Onun dostu, İmran İbn Xittan (şer formasında) deyirdi:

“Təqva sahibinin vurduğu, ey zərbə,
O, bununla Ərş Sahibinin razılığından başqa heç nə ummurdu.
Həqiqətən mən onu günlərin bir günü yada salır, deyirəm ki,
O Allah qarşısında məxluqatın ən düzgünü idi.”

Sələflərdən biri ona belə cavab vermişdi:
“Bədbəxt birinin vurduğu, ey zərbə,
O, bununla Ərş Sahibindən ziyandan başqa heç nə ummurdu.
Həqiqətən, mən onu günlərin bir günü yada salır, deyirəm ki,
O Allah qarşısında məxluqatın ən bədbəxti idi.”

Ey qardaşlarım, bilin ki, bu insanların (xavariclərin) xüsusiyyətlərindən biri məxfilikdir. Deyin, məgər bizim dinimiz açıq-aydındır, yoxsa gizlidir? Açıq-aydın dindir, yaxud gizli? Bizim dinimiz açıq və aydındır. Bizim gizləməli olduğumuz heç nə yoxdur. Buna görə Sufyan (Allah ona rəhmət etsin) demişdir: “Əgər siz hər hansı bir qrupun dindən gizlicə söhbət apardığını görsəniz, bilin ki, onlar zəlalətdədirlər.”

Mən dörd gün öncə özünü xəlifə elan etmiş fırıldaqçıya (Əbubəkir Əl-Bağdadiyə) və ona beyət etmiş yalançı tərəfdarlarına cavab olaraq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Məscidində rəddiyyə vermişəm.

Mən bu rəddiyyənin Uca Allah qatında bizim üçün saleh əməl kimi yazılacağına ümid edərək onu hər yerə yaymağınızı xahiş edirəm.