Sual: Fitrə zəkatı kimlərə verilir?

Cavab: Həmd Allaha məxsusdur. Fitrə zəkatı, verildiyi ölkədə və ya şəhərdə yaşayan kasıb müsəlmanlara verilməlidir.
Çünki Əbu Davuddan rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allahın Elçisi (Allahına ona salavat və salamı olsun), Ramazanda fitrə zəkatının kasıbların yedizdirilməsi üçün verilməsini əmr etmişdir…”
Fitrə zəkatını, sakinləri böyük ehtiyac içində olan ölkələrdə yaşayan kasıblara göndərmək olar. Fitrə zəkatını məscid inşası və ya digər xeyriyyə layihələrinə sərf etmək olmaz.

Daimi Elmi Araşdırmalar və Fətvalar Komitəsi