Məqalələr

Nədir qəlb xəstəliyi olan təəssüb

Nədir qəlb xəstəliyi olan təəssüb?

Nədir təəssüb əhlinin hüccəti?

Böyük alim Rabi ibn Hədi əl-Mədxali
«ət-Təassub əz-zəmim» kitabında deyir:

İslam dini başqa dinlərə, qəbilələrə, şəxslərə, fikirlərə, məzhəblərə, dəstələrə (hizblərə) təəssübkeşlik etməyə qarşı çox şiddətli bir şəkildə müharibə etmişdir. Bu da ona görədir ki, təəssüb çirkab, iylənmiş bir bataqlıq yeri və hər bir yolxucu xəstəliklərin məsdəridir və zalım, kafir dəstələrin yalanlarla, iftiralarla, ittihamlarla, batil düşmənçiliklərlə və münaqişələrlə rəsullara və onların gətirdikləri risalələrə qarşı durmalarının səbəbidir.

Allah təalə deyir:
Allahın ayələri barədə yalnız kafirlər mücadələ edərlər. Onların diyarba-diyar gəzib-dolaşmaları səni aldatmasın. Onlardan qabaq Nuhun qövmü və bunlardan da sonra müxtəlif dəstələr (hizblər) də rəsulları yalan saymışdırlar. Bütün qövmlər rəsullarını aradan götürmək istəyirdilər və batillə haqqı məhv etmək üçün mücadələ edirdilər. Amma mən onları elə yaxaladım ki, bir biləydin əzab necə oldu?! Ğafir 5

 

Təəssüb əhlinin hüccəti

Az qaldı ki, bütün ümmətlərin hamısının hüccəti və hər bir aciz təəssübkeşin hüccəti bu olsun ki:

‎{وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ (23) فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنزَلَ مَلَائِكَةً مَّا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ (24)}

‎ [المؤمنون : 23-24]

Biz artıq Nuhu öz qövmünə göndərdik, o da dedi ki, ey qövmüm, Allaha ibadət edin sizin ondan başqa heç bir ilahınız yoxdur, heç qorxmursunuz?! Qövmündən olan kafir toplum da dedi ki, bu da sizin kimi bir bəşərdir, özünü sizdən üstün tutmaq istəyir, əgər Allah istəsəydi mələk endirərdi, bunu əvvəlki atalarımızdan eşitməmişik (Muminun surəsi 23,24)

 

Nuhun (Allahın ona salamı olsun) gətirdiyi onların atalarının yoluyla gəlməyib, əgər atalarının yoluyla gəlmiş olsaydı, qəbul edərdilər, lakin başqa yolla gəlmişdir. Təəssüb elə budur.

https://t.me/selefi_menhecinin_heqiqeti