Qamət Süleymanov Şübhələrə rəddiyələr

Adil bu cavabı ilə ətrafına hansı hizbi fikirləri öyrədir? – Suala cavab (Qamət Süleymanov)

PDF yüklə

Sual: Bu səs yazısında Adilə deyirlər ki, Abu Zeyd Hələbini cərh edən böyük sələfi alimlərə yalançı deyib. Adil isə Abu Zeydin batil sözlərinə rəddiyə verməkdənsə, Hələbini və öz hələbi mənhəcini müdafiə edərək adları çəkilən böyük alimləri bir dəstə adlandırıb. Adil bu cavabı ilə ətrafına hansı hizbi fikirləri öyrədir?

Cavab:
1) Alimlərin hizbilərə (bidət əhlinə) edilmiş təfsilatlı cərhlərini və təbdilərini (bidətçi adlandırılmalarını) gizlətməyi.
[Yəni hizbilərin qaydalarına müvafiq olaraq – “Biz (şəxsləri) düzəltməli, lakin, onları cərh etməməliyik” (نصحح ولا نجرح )]

2) Hələbinin bidətlərini və zəlalətlərini bilə-bilə onu müdafiə etməyi və tərifləməyi.
[Yəni hizbilərin növbəti istəklərinə müvafiq olaraq – “Biz, özündə həm Əhli-Sünnəni, həm də bütün ümməti birləşdirən böyük və geniş mənhəc istəyirik”.]

3) Özünə sələfi deyənin bidətindən və azmış fikirlərindən danışmaq və inkar etmək olmaz.
[Yəni hizbilərin növbəti qaydasına görə – “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”.]

4) İstər alim olsun, istərsə də elm tələbəsi, bidətdən və bidət əhlindən danışan sələfiləri hər üslubla alçaltmaq olar.
[Yəni hizbilərin növbəti qaydasına uyğun olaraq – “(Şəxsləri) mühakimə etmə, yoxsa mühakimə olunacaqsan” (من حَكَم حُكِمَ عليه ).]

5) Dəlilə və sələfin fəhminə deyil, nəfsinə uyğun ümumi sözlərə və xətalı rəylərə tabe olmağı.
[Bütün bidət əhli öz bidətlərini müdafiə edərkən buna əl atır].

6) “Şeyx Suheymi Hələbini cərh etməkdən dönüb” deyərək əsassız sözlər yaymağı
[Şeyx Saleh Suheymi: “Mən Hələbini bidətçi görürəm” –
https://youtu.be/t4Ubj-CVR5c?list=PLgR96D7AN2sQffo8-h9WE-GzoafVbvbh8 ]

7) Hizbilər və başqa bidət əhli ilə vuruşmaqda tanınan Şeyx Rabi, Muhammad Hədi, Ubeyd al Cabiri və başqa böyük sələfi alimlərə “bir dəstədir” deyir.
[Guya bu böyük alimlər başqa sələfi alimlərlə ixtilafdadırlar və ya fərqli mənhəcdədirlər. Fayda üçün şeyx Fovzanın bu barədə aşağıdakı fətvasına baxa bilərsiniz.
Şeyx Fovzan: “ ‘Cəmilər’ və ‘Mədxəlilər’ deməklə fəzilətli alimlərə ləqəblər qoşmayın!”- https://youtu.be/CFOqjvgoAbc?list=PLgR96D7AN2sSJnGQz6kJl006Nami7zRK- ]

8) Hizbilərlə vuruşmaqda məşhur olan bu böyük alimlərin sözlərinin əhəmiyyət daşımadığını, onların şərəfini və məqamını alçaltmağı
[Başqa səs yazısında şeyx Muhəmməd bin Hədi və şeyx Ubeyd əl-Cəbiri haqqında “onlar heç alim də deyillər” deyərkən böyük alimləri ətrafındakıların gözündən salır. Fayda üçün şeyx Fovzanın bu barədə aşağıdakı fətvasına baxa bilərsiniz.
Şeyx Fovzan: “Alimləri alçaltmaqla nə qazandın?” – https://youtu.be/0GnnpILcToY ]

9) Abu Zeydin batil sözlərini rədd etməməklə bu böyük sələfi alimlərin yalançı olması ilə razılaşmağı və ətrafdakı camaatda da belə təəssürat yaratmağı.

10) Sələfi alimlərə olan etibarı sarsmağı

Qamət Süleymanov