Fitrə zəkatının hökmü nədir?

Alləmə İbn Bəz rahiməhullah demişdir:

Fitrə zəkatı hər bir kiçik, böyük, kişi, qadın, azad və qul olan müsəlmana fərzdir (vacibdir).

Əl-Fətəva, 14/197

Fitrə zəkatı nələrdən çıxarılır?

Alləmə İbn Bəz rahiməhullah demişdir:

Ərzaqdan və ya xurmadan, arpadan, quru üzümdən və ya əkit pendirdən (kəsmik və ya şor bənzəri pendir) bir saa (dörd ovuc) olaraq çıxarılır. Həmçinin alimlərin ən doğru olan sözlərinə görə hər ölkə əhalisinin yediyi düyü, qarğıdalı və.s bu növlərə aid olunur.

Fitrə zəkatının çıxarılma vaxtı nə vaxtdır?

Alləmə İbn Bəz rahiməhullah demişdir:

Fitrə zəkatının çıxarılma vaxtı Ramazanın iyirmi səkkizinci, iyirmi doqquzuncu və otuzuncu günü bayram gecesi və namazdan qabaq bayram sabahıdır.

Əl-Fətəva, 32/ 14-33

Fitrə zəkatının çıxarılma səbəbi nədir?

Alləmə İbn Useymin demişdir:

Fitrə zəkatının çıxarılma səbəbi Uca Allahın Ramazanda qula olan nemətinə görə Ona şükür etməyi izhar etməkdir.

Əl-Fətəva, 18/257

Fitrə zəkatı kimlərə verilir?

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Fitrə zəkatının veriləcəyi yalnız bir sinif insan var, onlar da yoxsullardır.

Əl-Fətəva, 18/259

Fitrə zəkatını çıxarmağı övladlarına və ya başqalarına həvalə etməyin hökmü nədir?

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Əgər O şəxs fitrə zəkatı vaxtında iş üçün başqa ölkədə olarsa, onun yerinə fitrə zəkatını verməyi övladlarına həvalə etməyi icazəlidir

Əl-Fətəva, 18/262

Yoxsulun fitrə zəkatını almağı başqa şəxsə həvalə etməyi icazəlidirmi?

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Bəli, icazəlidir.

Əl-Fətəva, 18/268

Fitrə zəkatı çıxarılan zaman deyiləcək müəyyən dua varmı?

Fitrə zəkatını çıxarılan zaman deyiləcək müəyyən bir dua bilmirik.

Ləcnə Daima, 9/387

Fitrə zəkatını nəğd pulla çıxarmaq icazəlidirmi?

Alləmə İbn Bəz rahiməhullah demişdir:

Əksər elm əhlinin rəyinə görə fitrə zəkatını nəğd pulla çıxarmaq icazə deyildir, çünki Peyğəmbərdən və onun səhabələrindən (Allah onlardan razı olsun) gələn dəlillərə müxalifdir.

Əl-Fətəva, 32/14

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Fitrə zəkatını nəğd pul olaraq çıxarmaq keçərli deyil, çünki onu ərzaq olaraq çıxarmaq fərz (vacib) edilmişdir.

Əl-Fətəva, 18/265

Fitrə zəkatını yaşadığı ölkədə deyil də, başqa ölkədə çıxarmaq icazəlidirmi ?

Alləmə İbn Bəz rahiməhullah belə demişdir:

Sünnə odur ki, fitrə zəkatını yaşadığı ölkədə olan yoxsullar arasında paylasın və öz ölkəsində olan yoxsulların ehtiyacını ödəsin və başqa ölkəyə göndərməsin.

Əl-Fətəva, 14/213

Evdə işləyən xidmətçinin də fitrə zəkatı çıxarmağı vacibdirmi?

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Evdə işləyən xidmətçinin də fitrə zəkatı çıxarmağı vacibdir, çünki, o, da müsəlmanlardandır. Əsl olan odur ki, xidmətçi öz yerinə zəkat çıxarır. Əgər ev əhli xidmətçinin yerinə də fitrə zəkatı çıxararsa, bunda bir qəbahət yoxdur.

Məcmu Fətəva va Rasəil, 18

Bətndə olan körpəyə görə də fitrə zəkatı çıxarılmalıdırmı?

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Bətndə olan körpəyə görə fitrə zəkatı vacib olduğu üçün çıxarılmır, müstəhəb olduğu üçün çıxarılır.

Məcmu Fətəva va Rasəil, 18

Fitrə zəkatını müsəlman olmayan işçiyə vermək icazəlidirmi?

Alləmə İbn Useymin rahiməhullah demişdir:

Xeyr, icazəli deyildir. Fitrə zəkatı yalnız müsəlman olan yoxsullara verilir.

Əl-Fətəva, 18/285

Hazırladı : Samiq Mustafayev