Əksər hallarda “vaxt öldürmək” və ya içinizdəki boşluğu doldurmaq üçün televizor arxasında əyləşib kanaldan kanala keçirsiniz. Bəziləri üçün istirahət, sevimli şou-proqram və bir qutu peçenyedir. Və beləcə serialları izləyə-izləyə özünüzü “doyunca” əyləndirirsiniz. Günlərin bir günü vaxtınızın tez keçməsi üçün televizoru açırsınız, amma bu gündəlik bir marafona çevrilir. Və siz yalnız bir dramaya bağlanmırsınız, bəzən bir gündə 5-6 serial izləyirsiniz…

İslam nöqteyi-nəzərindən
Əgər adi müsəlmanlardan kino və ümumiyyətlə, televizor izləmək haqqında soruşsan, çoxları çiyinlərini çəkəcək və deyəcək ki, əgər “pis” şey göstərəndə kanalı çevirsəniz, baxmaqda bir problem yoxdur. Hər kəs bu əmələ haqq qazandırmaq üçün öz maraqlı məntiqini yürüdəcək. “Pis” şeylərə gələndə isə, “pis” şeylərin nə olduğuna kim qərar verir? Amerika Kino Asossiasiyası “Siz, mən, yoxsa, ümumilikdə cəmiyyət?”-adı altında Harvard Səhiyyə Məktəbinin həyata keçirdiyi araşdırmaya əsasən, 13 yaşlı uşaqların valideyn nəzarəti altında baxdığı kinolarda yer alan cinsi məzmun, keçmişdə eyni kateqoriyalı kinolarda olmayıb. İctimai normalar zamanla dəyişir və təkmilləşir. Yetkin insanlara məzmunun mühakimə olunması üçün meyarlar daim dəyişir və nəticə etibarilə reytinqlərdə də əks olunur.

Əslində isə, 10 il bundan əvvəl uşaqlar üçün “Qadağan olunmuş” kateqoriyasına daxil olan kinoya, bu gün uşaqlar valideyn nəzarəti altında baxa bilər. Adi sözlə desək, əvvəllər baxdıqda özünüzü narahat hiss etdiyiniz səhnələr indi sizi narahat etmir. Çünki şüuraltı olaraq bunu qərb mədəniyyətinin bir parçası kimi qəbul etmiş və onun təzahürünə öz etirazınızı azaltmısınız. Bizim zamanla məhdudlaşmayan bir standarta ehtiyacımız var. Məhz bu səbəbdən Allah-Təala gələcək illərdə də bizi təlimatlandırmaq üçün Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) bəşəriyyətə yollayıb. “De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız”.(Qurani-Kərim, “Maidə” surəsi, 100-cü ayə).

Diqqət yetirin ki, Allah-Təala, sadəcə, murdarla təmizin eyni olmamasını buyurmur. O, Peyğəmbərini (Allahın ona salavat və salamı olsun) təlimatlandırır ki, bunu bizə çatdırsın. Bu açıq-aydın onu göstərir ki, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) xeyir işlərdə bir-birimizlə yarışmağımız üçün bizə nümunədir. İkincisi, o bizə tam dəqiq şəkildə məqbul (yaxşı) və qəbuledilməz (pis) məsələləri bildirib, odur ki, hər bir şüurlu müsəlman kino və televiziya şoularında geyim, dil və fiziki meylliliyi əks etdirən səhnələrin məqbul olub-olmadığına özü üçün qərar verə bilər. Müsəlman, şeytanın aldadıcı çağırışlarına meyl etməkdən qurtulmaq üçün bu cür əyləncədən qaçmalıdır. Diqqətə layiqdir ki, ayədə “ağıl sahiblərinə” müraciət edilir. Bu yalnız haqqı batildən ayıra bilən və buna görə narahat olan şüurlu və intellektli fərdlər üçündür. Qalanları isə axına qarışaraq gedəcək.

Televiziyanın sizə təsir göstərdiyinin elmi sübutları:

Düşüncələri idarə edir
Neyrosinema inkişaf edir!. İndi funksional Maqnit Rezonans Tomoqrafiyası sayəsində film rejissorları öz filmlərinin hansı hissəsinin sizi valeh etdiyini dəqiqliklə müəyyən edirlər. Daha sonra, sizin filmlərdən “tam həzz” almağınız üçün onlar bu məlumatlardan istifadə edərək süjeti, obrazları, effektvləri və filmin məzmununu artırırlar. Rejissorlar öz filmlərini yaymaq üçün, nevroloqlarla birgə çalışaraq sınaqdan keçirdikləri insanların beyninin görmə stimullarına reaksiyasını izləyirlər. Bəz, biz onsuz da dünya əhalisinin yarısını öz qarmağına keçirmiş kino sənayesinin daha da inkişaf etməsinə hazırıqmı? Neyrosinema hələ ilkin mərhələdə olsa da, insanları daha dərin, daha yüksək səviyyədə hipnoz etməyi vəd edir. Vaxtında namaz qılmaq həvəsinizin olan-qalanı da beləcə batmağa məhkumdur.

Həmçinin, müstəqil mətbuatın təsirinə məruz qalmağın sizin fikirlərinizi və inanclarınızı əhəmiyyətli dərəcədə dəyişməsi danılmaz faktdır. Məsələn, gənc nəsil homoseksuallığa, əslində, lazım olduğundan daha az nifrət bəsləyir. Buna, hətta, bəzi müsəlman çevrələrində də tədricən dözümlülük göstərilir və sinif debatlarında bu barədə yüksək səslə açıq-aşkar danışıldığını eşidə bilərsiz. Hətta, Facebook sosial şəbəkəsində ən az bir rəfiqəniz zarafat üçün digər rəfiqənizlə “evli” olduğunu qeyd edib. Televiziyada hiyləgərcəsinə qurulmuş bir ssenari yalnışı doğru kimi, doğrunu isə yalnış kimi göstərə bilər. Və heç kim digərinin inancı bahasına reytinq qazanmaqdan çəkinmir.

Davranış modellərini dəyişir
Ekranda zorakılığın real həyatda aqressiyaya təşviq edib-etmədiyi hələ də müzakirə edilir. Lakin uşağınızı “Qisasçılar” filminə aparsanız, evdə onun obrazları təqlid etdiyini görəcəksiniz. Linfild Kollecinin həyata keçirdiyi yeni araşdırmanın nəticələrinə əsasən, televiziyada əks etdirilən zorakılıq beyində sinir şəbəkələrini qızışdıraraq onu aqressiv davranışa hazırlayır. Araşdırmada, sadəcə, fiziki zorakılıq nəzərə alınmayıb. Araşdırmanı həyata keçirən alimlər araşdırma iştirakçılarına qızların ailə çevrələrini dağıtdığı, təhqir dolu sözlər danışdığı və ya kimisə sıxışdırdıqlarını əks etdirən videolar göstərdikdən sonra onların idraki modellərini dəyərləndiriblər. Alimlər onlara ümumilikdə, pis, əxlaqsız ekran davranışlarını göstəriblər. Onlar belə nəticəyə gəlib ki, ekranda baş verən “zorakılıqdan” ehtiyatlı olmaq üçün daha çox səbəblər var.

Erkən cinsi fəallıq
Bir çox işləyən valideynlər uşaqları televizor qarşısında əyləşdirir və ya onların TV izləməsinə etinasız yanaşan dayə tuturlar. Böyüklər üçün nəzərdə tutulmuş məzmuna malik süjetləri izləyən uşaqlar daha erkən yaşda cinsi fəallıq göstərə bilər. Bunu Boston Uşaq Xəstəxanasının həyata keçirdiyi araşdırma təsdiqləyib. Gənclərdə seksual (cinsi) məmnuniyyətzlik şübhəsiz ki, bir ümmət olaraq inkişaf etməyimizə əngəl törədən maneələrdən biridir.

Bundan əlavə, digər bir araşdırmaya əsasən, bu şəhvani istəklərin təzahürü kimi masturbasiyaya və tədricən digər pis əməllərə yol açır. “…o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır”. (Qurani-Kərim, “Muminun” surəsi, 5-7-ci ayələr). Alimlər bu ayənin əsasında masturbasiyanı icazəli görmür və bu zərərli vərdişin qarşısını yalnız uşaqlarınızın ekranda nəyi izləməsinə nəzarət etməklə almaq olar.

Travmatik xatirələri canlandırır
Siz kino izləyərkən psixikanız zərbə ala bilər. Xüsusilə, qorxu filmləri keçmişdə travma aldığınız zaman keçirdiyiniz ruhi vəziyyəti təkrarlaya bilər. Bütün bunlar keçmiş xatirələri oyada və Rokfeller Universitetinin neyroendokrinologiya üzrə professoru Bryus Makivenin qeyd etdiyi kimi, bizi unutduğumuz hadisələri xatırlayaraq onların üzərində dayanmağa təhrik edə bilər. Hətta, əgər keçmişinizdə psixoloji “yükünüz” yoxdursa, “ağlamalı” kinolar depressiyadan müalicə almış insanları mənəvi olaraq o vəziyyətə qaytara bilər.

Travmaların üzərində dayanmaq qeyri-sağlam təcrübədir, insanın səhhətinə daxildən zədə vurur və depressiyaya gətirib çıxarır. Bu halı təsvir etmək üçün də xüsusi termin mövcuddur: ruminasiya. Bu hal, dönə-dönə mənfi şeyləri fikirləşməkdir. Travmatik təcrübədən keçmiş hər bir kəs bilir ki, keçmişdən mənfi fikirləri yaddaşında canlandırmaq insanı mənfi düşüncələrə, özünə heç bir cavab tapa bilmədikləri suallar verməyə gətirib çıxarır. Xüsusilə, əgər sizin kimi qəmli həyat hekayəsinə sahib bir insanla əlaqədəsinizsə, fəlsəfi olaraq həyatın yalnız mənfi tərəflərini görməyə başlayırsınız. Qədəri mühakimə və özünüzə yazığınız gəlməklə naşükürlük etməyiniz mənəvi sıxıntılarınızı daha da artırır.

Yüngül əxlaqsızlığı təşviq edir
Populyarlıq qazanmış və dünyada həyəcanla izlənilən “Taxt-tac oyunu” kimi televiziya serialları şüurlu heç bir müsəlmana uyğun gəlməyən seksual məzmunlu süjet xəttini təşviq edir. “Vikinqlər” teleserialının istehsalçıları “Taxt-tac oyunu”nu əxlaqsızlığa çevirib. Qrafik cəhətdən əxlaqsızlıq səhnələri olan təkcə bu serial deyil. Bir çox digər televiziya serialları da cəmiyyətin bir çox təbəqələrinə cinsi səhnələri təşviq edir. Ayrı-ayrı vaxtlarda 18 araşdırma həyata keçirilib və onların hamısının nəticəsi eyni olub – əxlaqa zidd olan səhnələr bütün izləyicilərin qavrama qabiliyyətini (həssaslığını) aşağı salıb. Bu baş verdikdə isə, günah dalınca günah işlənir. “De: “Rəbbim həm aşkar, həm də gizli (törədilən) yaramaz əməlləri, (hər cür) günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur.”” (Qurani-Kərim, ”Əraf” surəsi, 33-cü ayə).

Qəhvə asılılığı, insanın yüksək kafeinli içkilərə meylinin artması kimi, insan daha da çox dozaya həris olur. Hər hansı bir bəsid əxlaqsızlıq, adətən, daha dəhşətli və açıq-aşkar əxlaqsızlığa , insanı tələyə salan daha pis günahlara qapı açır. “Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı (yaydığınız şayiələrə görə sizi məhv edərdi). Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir”. (Qurani-Kərim, “Nur” surəsi, 19-21-ci ayələr). Bu ayə asılılığın necə baş verdiyini izah edir.

İlkin mərhələlərdə, üstünlük bizim əlimizdədir. Allah buyurur ki, “şeytanın izi ilə getməyin”, bu isə o deməkdir ki, günahlarda daha dərinə getməmiş dayanmağa iradəmiz var. Kinonun başlaması üçün “başlat” düyməsini basmamaq və ya dostlarımızın bəhs etdiyi televiziya şousunu izləməmək kimi seçimimiz var. Amma diqqət yetirin ki, ayənin sonunda məsələ necə dəyişir. “Başlat” düyməsini artıq basmışıq, başımız süjetə qarışıb, şeytan bizi zəncirləyib. İndi o bütün seriyaları ard-arda izləməyi əmr edəcək. Və məzmunda əks olunmuş əxlaqsızlığa baxmayaraq, siz özünüzə haqq qazandıraraq deyəcəksiz ki, sadəcə süjeti izləyirsiz, onu müşaiyət edən cinsi məzmunu yox. Qısa müddət ərzində ilkin niyyətinizin heç bir əhəmiyyəti qalmayacaq. Mənasız televiziya əyləncələrinə sağlam alternativ, sizi maraqlandıran mövzu barədə informativ sənədli filmlər izləmək, hər hansı islami mövzu haqqında məruzə dinləmək və ya vaxtınızı yeni bacarıqların əldə edilməsinə həsr etməkdir. Bizi inandırıblar ki, guya biz vaxtı öldürürük.

Əslində isə, vaxt bizi öldürməyə çalışır. Odur ki, özünüzü faydalı bir işlə məşğul edin. “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (Qurani-Kərim, “İsra” surəsi, 36-cı ayə).

Özümüzü məruz qoyduğumuz əxlaqslığa həqiqətən tutarlı bir izahımız yoxdursa, biz səmərəli həyat və gözəl axirət üçün “əyləncə” üsullarımızı nəzarətdə saxlamalıyıq.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb