Yüklə

Sual verən deyir ki, ey şeyx, Allah sizi xeyrə müvəffəq etsin. Allah bilir ki, mən sizi Allah üçün sevirəm. Sualım budur ki, zamanımızda alimləri müxtəlif camaatlara bölmək və onları məzəmmət etmək çoxalmışdır. Hətta, bəziləri deyir ki, alimlər dövlətə işləyirlər. Allah sizi xeyrə müvəffəq etsin buna nəsihətiniz nədir?
İkinci sualım da odur ki, məclislərdə ölkə başçısını söymək, onun qeybətini etmək və eyiblərini yaymaq ona qarşı çıxmaqdırmı və belə etmək nümayişlərdən sayılırmı?

Şeyx: Şübhə yoxdur ki, başçıya qarşı çıxmaq sözlə, etiqadla və əməl ilə olur. Qarşı çıxmağın bir neçə növü vardır. Xəvariclər də bir neçə növdürlər. O kəs ki, xəvariclərin əqidəsini etiqad edir, qarşı çıxmasa və silah qaldırmasa belə xəvaric sayılır. Etiqadı ilə xəvaricdir. O kəs ki, xəvariclərin çağırışını söyləyir o da sözdə xəvaricdir. Sözü onun əksinə şahid olar. Kim ki, sağlam mənhəcdən (yoldan) kənara çıxar o, zəlalət əhlindəndir. “Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Belə isə (haqdan) necə döndərilirsiniz?” (Yunus 32).

Sual verən: Bəs o kəs ki, alimləri agent kimi vəsf edir?

Şeyx: Ona məhəl qoymayın. Həmd olsun Allaha. Müsəlmanlar alimlərə etibar edir, onlardan fətvalar alır və onlardan (elm) götürürlər. Bele şeylər onlara təsir etməz. Onlar istəyirlər ki, dinimizdən, alimlərimizdən və Allahın bizə verdiyi nemətlərdən əlimizi üzsünlər. İstəyirlər ki, əllərimizi onlardan üzsünlər.