Yüklə

Sual verən: Hörmətli Şeyx, Allah sizi qorusun. Sual verən deyir ki, bəziləri günah istisna olmaqla ölkə başçılarını eşidib itaət etməyin vacibliyini və nəsihətin (camaat arasında deyil) gizlində edilməsini deyənləri itaətdə mübaliğə (şişirtmə) edənlər olduğunu deyir və əməllərini də başçıya mübaliğə sayırlar.

Şeyx: Bu Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) ittiham etməkdir. Hətta, Uca Allahı da ittiham etməkdir. Allah-Təala buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (ən-Nisə 59).

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Belinə vursa da, malını götürsə də eşit və itaət et”. (Müslim və qeyriləri müxtəlif ləfzlərlə rəvayət etmişdirlər).

Həmçinin demişdir: “Kim əmirə itaət edərsə, artıq mənə itaət etmişdir. Kim əmirə asi olarsa, artıq mənə asi olmuşdur”. (Buxari, Müslim və digərləri rəvayət etmişdirlər).

Onda belə çıxır ki, Peyğəmbərin özündə (Allahın ona salavat və salamı olsun) eşidib itaət etməkdə mübaliğə vardır… Allahdan afiyət diləyirəm.

Mənbə: ar.alnahj.net