«SələfXəbər» www.ahlusunnahwaljamaah.com saytına istinadən, İslamda etiraz aksiyaları və nümayişlərin hökmü barədə böyük İslam alimlərinin rəylərini təqdim edir.

Bu gün bu ümmətdə bir qism müsəlman bəzi məsələlərlə bağlı etiraz aksiyaları keçirmək, nümayişlərə çıxmaq, dəstək vermək və təşkil etməyə yardım göstərməyə çağrılır. Lakin bütün bu əməllər haramdır, çünki İslamda etiraz aksiyaları və nümayişlər haramdır. Bəzi müsəlmanlar, hətta, etiraz aksiyalarını cihad adlandırır.

Şeyx Muhəmməd Əmən bin Əli əl-Cəmi “Üç əsasın” şərhində deyir: “Cihad xeyir əməldir, İslamın kuliminasiya nöqtəsidir. Bunun (cihadın) məqsədi qeyri-səmimi şüarlar və nümayişlər və bəyanatlar deyil! Allah qatında cihad gizlidir, əgər cihad varsa gedirsən, mübarizə aparırsan və bu gizli qalır, Allahdan başqa bunu heç kim bilmir”.

Nümayişlər cihad deyil, qiyamdır. Şeyx Əbdul Muhsin əl-Abbad əl-Bədr deyir: “Şübhə yoxdur ki, (nümayişlər) qiyam üsullarındandır. Əlbəttə ki, qiyamdır, buna şübhə yoxdur (müsəlman rəhbərin yaxşı və ya pis rəhbər olmasından asılı olmayaraq ona qarşı qiyama qalxmaq haramdır)!”

Şeyx Əbdussalam bin Bərcis əl-Əbdulkərim qiyam fitnəsi haqqında deyib: “Camaatı parçalayanlar və küçələrdə rəhbərinə qarşı vuruşanlar dini və dünyəvi cəzalarının nə olduğu barədə fikirləşsə, başa düşəcək ki, qiyamın fitnəsi genişdir və qiyamın niyyətindən asılı olmayaraq onun təsirləri zərərlidir”.

Şeyxulislam ibn Teymiyyə qiyam və müsəlman rəhbərə qarşı qiyama qalxmaq mövzusunda möhtəşəm sözlər deyib: “Ola bilsin ki, rəhbərə qarşı qiyama qalxan dəstə bilmir ki, onların qiyamı böyük fitnədir və onların aradan qaldırmaq istədikləri fitnədən də böyük fitnədir”.

Həqiqətən, camaatı parçalamaq və rəhbərə qarşı qiyama qalxmaq aşağıda sadalananlara səbəb olur:
1. Təhlükəsizliyin qorxu ilə əvəzlənməsinə;
2. Bolluğun aclıqla əvəzlənməsinə;
3. Qan tökülməsinə;
4. Haqsız hücumlara;
5. Sərvətlərin talan olunmasına;
6. Yolların kəsilməsinə;
7. Ağıldan zəiflərin (və ağıldan zəifliyin) yayılmasına (artmasına);
8. Elmin azalmasına və insanların yadlaşmasına;
9. Dinin zəifləməsinə və onun yadlaşmasına.

Şeyx Əbdul Muhsin əl-Abbad əl-Bədr hicri təqvimlə 1432-ci ilin Rəbiul-əvvəl ayının 12-si (15 fevral, 2011-ci il) çıxışı zamanı deyib: “…nümayişlər, keçirildiyi ölkəyə ziyan vurur. Çünki nümayişlərdən dəyən ən kiçik ziyan yolların kəsilməsi və insanlara xətər yetirilməsidir və ola bilər ki, bu nümayişlərə etiraz olaraq yeni nümayişlərin keçirilməsinə səbəb olsun. Beləliklə, qətllər və fitnə törənsin və bu kimi məsələlər baş versin. Qayda, ümumiyyətlə, bundan uzaq durmaqdır”.

Həmçinin, Şeyx Əbdul Muhsin əl-Abbad əl-Bədr hicri təqvimlə 1432-ci ilin Rəbiul əvvəl ayının 11-i (14 fevral, 2011-ci il) çıxışı zamanı deyib: “Mən bu nümayişlərin qanuni olduğunu (şeyx Liviyadakı nümayişlərə istinad edir) sübut edən heç bir dəlil bilmirəm. Biz dində bu məsələləri (nümayişləri və etiraz aksiyalarını) sübut edən əsas bilmirik. Əksinə, bu məsələlər yeni icad edilib (nümayişlər bidətdir (yenilikdir)). İnsanlar bu icadı qərb və şərq ölkələrindəki düşmənlərindən mənimsəyiblər (kafirləri təqlid etmək haramdır). Yəni bunun dində əsası yoxdur. Biz şəriətdə bunun icazəli olduğunu sübut edən heç bir dəlil bilmirik. Odur ki, insanlar onlar üçün qanuniləşdirilmiş qanuni yollarla getməli və əsası olmayan, ziyana, fitnəyə, qətllərə və (yolların) kəsilməsinə səbəb olan şeyləri tərk etməlidirlər. Əgər yeganə ziyanı yalnız insanların yolunu kəsmək olsaydı, bunun səbəb olduğu şərin və bu kimi şeylərdə iştirak etməyin hər kəs üçün münasib olmadığının aydınlaşdırılması üçün kifayət edərdi”.

Şeyx Salih əl-Fövzan (“Məcmu Fətəva və Rəsail”, 2-ci cild, № 141, 143 və 146) “Dinimiz qarışıqlıq dini deyil. Bizim dinimiz nizam-intizam, qayda-qanun və sakitlik və dinclik dinidir. Nümayişlər müsəlmanların əməllərindən və müsəlmanlara məlum olan əməllərdən deyil. İslam dini sakitlik, mərhəmət dinidir və nizam-intizam dinidir; xaos, qarmaqarışıqlıq, fitnə törətmək (dini) deyil. Bu İslam dinidir. Və hüquqlar şəriətin qanuniləşdirdiyi tərzdə istəməklə və şəriətin qanuniləşdirdiyi yollarla qazanılır. Nümayişlər isə qan tökülməsinə və (müsəlmanların) malının məhv edilməsinə səbəb olur. Bu şeylər icazəli deyil”.

– Soruşulur: “Nümayişlərin hökmü nədir və nümayişlər Allah yolunda cihaddan hesab edilirmi?”
– Şeyx Salih ibn-Fövzan cavab verir: “Nümayişlərdə fayda yoxdur. Əksinə, onlar qarışıqlıqdır. Qarışıqlıq və iğtişaşdır. Əgər insanlar küçələrdə nümayiş edirlərsə, bununla düşmənə nə ziyan dəyə bilər?! Əksinə, bütün bunlar düşməni sevindirən məsələlərdəndir… İslam müqəddəslik dinidir, elm üzərində qurulmuş dindir, qarışıqlıq və səs-küy dini deyil. Faydalı və təqdirəlayiq əməllərlə yanaşı sakitlik və müqəddəslik gətirmək məqsədi daşıyan dindir… Odur ki, belə və digər məsələlərdə müsəlmanların üzərinə İslam mənhəcinə üz tutmaq düşür. İslam nümayiş, səs-küy dövlət əmlakının məhv edilməsini və ya fəsad gətirməyib. Bütün bunlar İslamdan deyil, bu müsəlmanlara fayda yox, əksinə, ziyan gətirir”.

Şeyx ibn Bəz (hicri təqvimlə 1420-ci il) etiraz aksiyaları və nümayişlər barədə deyib: “Mən inanmıram ki, nə kişilərin, nə də qadınların (liderlərə təsir etmək üçün) keçirdiyi siyasi nümayişlər çıxış yoludur. Əksinə, onları daha çox fəlakətlərə və şərə səbəb olan yollar hesab edirəm. Onlar insanların zülmə məruz qalmasına və onların hüquqlarının pozulmasına səbəb olur. Lakin İslamla qanuniləşdirilmiş yollar məktub yazmaq, səmimi nəsihət və təhlükəsiz vasitələrlə – elm əhlinin, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabələrinin və əməlisaleh sələflərin əl atdığı vasitələrlə xeyrə dəvətdir. Bəzi qanuni yollar (liderlərə və rəhbərlərə) məktub yazmaq, onlarla şəxsi söhbət aparmaq, zəng vurmaq və ya nəsihət etməkdir. Heç kim minbərlərdən və digər yerlərdə onlara ictimai şəkildə dil uzatmamalı, “onlar belə elədi, elə elədi və bütün bu pisliklərin səbəbi onlardır” deməməlidir. Kömək edən yalnız Allahdır”.

Şeyx ibn Useymin etiraz aksiyaları və nümayişlərlə bağlı deyib: “Etiraz aksiyaları və ictimai nümayişlər keçirməyə gəldikdə isə, bu sələflərin mənhəcinə ziddir. Həqiqətən, indi bilirsiniz ki, bu əməllərin nə şəriətlə, nə də vəziyyətin düzəlməsi ilə əlaqəsi yoxdur. Bunlar ziyandan başqa heç nə gətirmir… Xəlifə əl-Məmun Quranın məxluq olduğunu deməyən bütün alimləri qətlə yetirdi. O bir qrup alimi öldürdü və insanlar bu yalnış bəyanatı deməyə vadar edildilər. Biz heç vaxt nə İmam Əhməddən (hicrətin 241-ci ili), nə də onun kimi alimlərdən eşitməmişik ki, onların arasında kimsə məsciddə tətil (və ya nümayiş və ya etiraz aksiyası) keçirsin”.

Şeyx Muhəmməd bin Əbdulvəhhab əl-Aqil Liviyadakı qardaşlara və dünyadakı bütün müsəlmanlara Misirdə Hüsnü Mübarəklə (Misirin istefaya getmiş lideri) əlaqəli son vəziyyətlə bağlı məsləhət verib. Onun məsləhəti budur: “Müsəlmanların qanının tökülməsinə və s. səbəb olan bu etiraz aksiyaları və nümayişlərdən uzaq dursunlar” və o deyib ki, bütün bunlar haramdır”.

Şeyx Əbdul Qədir bin Muhəmməd əl-Cüneyd etiraz aksiyası keçirənlərə və nümayişçilərə tövsiyə edib: “Həqiqətən, rəhbərinizi hakimiyyətdən uzaqlaşdırmaq və onun hökumətini devirmək üçün fəal şəkildə qatıldığınız bu etiraz aksiyaları, nümayişlər, yürüşlər, tətillər və qiyamlar və ya onun bəzi qərarlarına, hərəkətlərinə və əməllərinə etirazınız ona qarşı çıxmağınız, buna görə yürüş etməyiniz, kütləyə qarışmağınız, buna çağırmaq üçün vasitələr təşkil etmək, dəstək vermək və ya tərəfdarı olmağınız üçün kifayət deyil”.

Daha sonra o izah edir ki, nümayişlər haramdır, çünki haram əməllərdə kafirlərə bənzəmək var. O deyib: “…onlar yəhudilər, xristianlar, kommunistlər, buddistlər, sosialistlər, marksistlər, sekulyaristlər, liberalistlər və digərləri arasından olan kafirlərdir…Ölkələrinin küçələrində baş verən inqilabların, nümayişlərin, etiraz aksiyalarının, tətillərin, yürüşlərin son tarixinin ağıllı, dərin düşünən ziyalı insanın nəzərindən kənarda və ya gizli qalması çətindir.

Odur ki, ehtiyatlı ol, ey Allaha və Onun Peyğəmbərinə inanan mömin ki, bu iki qrupun (xəvariclər və kafirlər) yolunu tutmayasan və onların əməllərini təqlid etməyəsən və onları özünə nümunə götürməyəsən və qalib gəlməyərək məğlub olmayasan, vəziyyəti islah etməyərək fitnə-fəsad yaymayasan, doğru yola yönəltməyərək iğtişaşa səbəb olmayasan, doğru yola yönəltməyərək doğru yoldan azdırmayasan. Bu, məxluqatın sizə qarşı ən mərhəmətlisi və ən səmimis tərəfindən təsdiqlənib və o sizə və bütün möminlərə xəbərdarlıq edən, çəkinməyi və kin bəsləməyi bəyan edən Peyğəmbərdir (Allahın ona salavat və salamı olsun): “Kim bir qövmə bənzəyərsə o da onlardandır”. (Əbu Davud, 3512; şeyx əl-Albani hədisi səhih kimi təsnifatlaşdırıb)
(İbn Teymiyyə bu hədis barəsində deyib: “Bu ən az ona işarə edir ki, onları (kafirləri) təqlid etmək haramdır, baxmayaraq ki, hədisin zahiri mənası onları təqlid edənin kafir olmasıdır.” “İqtida əl-Siraət əl-Müstəqim” 1/237). Həmçinin o deyib: “Onları zahiri məsələlərdə təqlid etmək, mövqe və əməllərdə onları təqlid etməyə gətirib çıxarır odur ki, bizə kafirləri təqlid etmək qadağan edilib…mərfu bir hədisdə deyildiyi kimi: “Kim bir qövmə bənzəyərsə o da onlardandır”. (Məcmu əl-Fətəva, İbn Teymiyyə, 22/154)

Şeyx Əbdulqadir bin Muhamməd əl-Cüneyd nümayişlərin və etiraz aksiyalarının kafirlərdən gəldiyinin Şeyx Muhamməd Nəsiruddin əl-Albaninin sözləri ilə izah edildiyindən bəhs edir. “Bəzi qərarlara və ya bəzi qanunlara narazıçılıq və etiraz şüarları ilə bu nümayişlərə və etiraz aksiyalarına çıxmaq – bu sistem “Hakimiyyət xalqındır və ya xalqın yanında olan insanlarındır”- (demokratiyanı dəstəkləyən kafirlər) deyənlərin hökmünə daxildir. O aydın şəkildə izah etdi: “Onlar (nümayişləri və etiraz aksiyalarını) tamamilə qərblilərin mədəniyyətindən və idarəçilik sistemindən götürüblər”. Bu barədə Şeyx Salih bin Fövzan əl-Fövzan deyib: “Nümayişlər müsəlmanların əməllərindən deyil (çünki kafirlərin əməllərindəndir) və bu əvvəllər heç vaxt müsəlmanlara məlum olmayıb”.

Şeyx Osman əs-Səlimi deyib: “Allahul Mustəən, (Allah özü kömək olsun!– tərc.) bu Tövhid və Allaha təvəkkülün əzəməti deməkdir, insanlar bu cür yollardan (Allaha təvəkkül) məlumatsız olublar, köməyi yalnız rəhbərlərdən gözləməyə başlayıblar: “Əgər onlar işini layiqincə yerinə yetirmirsə, biz onlar üçün nə edə bilərik?” Onlar (son etiraz aksiyaları zamanı Misir xalqına istinad edir) etirazlarla küçələrə çıxdılar. Bəziləri başqalarının malını soydu. Bəziləri digərlərini qarət etdi. Əlbəttə ki, (etiraz aksiyaları və nümayişlər) böyük şərdir”.

Odur ki, biz nümayişləri və etiraz aksiyalarını və buna bənzər əməlləri dəstəkləmirik. Heç bir halda dəstəkləmirik və vəziyyətin düzəlməsi belə şeylər olmadan da mümkündür. Lakin bu məsələləri yaymağa çalışan daxili və xarici, gizli ünsürlərin olduğu faktı qaçılmazdır”.

Alimlərin etiraz aksiyalarını və nümayişləri nə üçün haram hesab etdiyinin bəzi səbəblərini sadalayaq:
1. Kişi və qadınların sərbəst şəkildə bir-birinə qarışması;

2. Xeyirdən çox şər gətirməsi, məsələn (polis və etirazçılar arasında) zorakılıq və qətllərin törənməsi və ölkənin iqtisadiyyatına ziyan dəyməsi (məsələn, mağazalar bağlanır və bu turistlərin oranı tərk etməsinə səbəb ola bilər);

3. Kafirlərin təqlid olunması (çünki müsəlmanlar nümayişləri onlardan mənimsəyib və İslamda nümayişlərin adı çəkilmir);

4. Bidət (nə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun), nə də səhabələrin etmədiyi yenilik) olması;

5. Heç vaxt etiraza çıxmamış sələflərin (müsəlmanların erkən və ən yaxşı nəsli) yolu ilə getməmək, günahlar və zəlalət üzrə birləşmək (müsəlmanların nümayişlərdə iştiraka, nümayişlərə dəstək verməyə və qoşulmağa çağırması haramdır, odur ki, onlar günah və zəlalət üzrə birləşir), günah olan bidət əmələ vaxt və pul israf etmək, digərlərinə narahatçılıq törətmək (məsələn, yolu bağlamaq və ya insanların keçməsinə mane olmaq);

6. Bəzən haram olan səfeh şüarlar səsləndirmək, vaxtın keçməsi üçün çalğı alətləri çalmaq və mahnı oxumaq, cüzi şəri biliklərə malik insanlar üçün şərait yaratmaq və onların özünə ardıcıllar toplamasına səbəb olmaq, namaz qılmağa yer olmadığı üçün bəzən 5 namazın vaxtını ötürmək, nümayişlərdə iştirak etmədiyi və ya nümayişlərə qarşı olduqları üçün bəzi insanlara qarşı haqsız şəkildə düşmənçilik (nifrət) bəsləmək, şəri hüququ olmadan digərlərinin vaxtını israf etmək (zorakı bir hadisənin baş verəcəyi təqdirdə tibb işçilərinin daim ətrafda olması, cinayətkarları həbs etmək və ölkəni qorumaq kimi xeyir əməllərlə məşğul ola biləcək polislərin və ordunun kütləyə nəzarət etməsi), qadınların zinət əşyalarını taxaraq və makiyaj edərək bayıra çıxması;

7. Bəzən qeyri-düzgün və günah dolu şüarlar səsləndirmək, bəzən səfirliklər və s. qarşısında şüarlar və plakatlar vasitəsilə kafirlərə kömək etmələri üçün yalvarmaq;

8. İnsan təsvirlərinin əllərdə tutulması;

9. Şəriətdə icazəli olmayan böhtan və təhqir dolu sözlərdən istifadə etmək;

10. Qiybət etmək, lənət oxumaq, böhtan atmaq və etiraz edilən və ya etirazı dəstəkləməyən insanların günahlarını ifşa etmək (mən etiraz edilən insanların müsəlman olduğu və ya etiraza qarşı çıxanların müsəlman olduğu hallardan danışıram) və bəzən günahsız insanların malına qarşı təcavüz göstərmək (dükanları dağıtmaq və ya şüşələrini sındırmaq və ya dövlət müəssisələrində yanğın törətmək).

Bütün bunlar olmadan keçirilən etiraz aksiyalarının halal olması barədə soruşanlara isə onu demək olar ki, heç bir etiraz aksiyası bütün bunlardan kənar olmur və hər bir etiraz aksiyasında bütün bunlar və ya ən az bir neçəsi mövcud olur. İkincisi, bütün etiraz aksiyaları haramdır, çünki bunda kafirlərə bənzəmək vardır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Kim bir qövmə bənzəyərsə, o da onlardandır.” (Əbu Davud, 3512; şeyx əl-Albani hədisi səhih kimi təsnifatlaşdırıb).
İbn Teymiyyə bu hədis barəsində deyib: “Bu ən az ona işarə edir ki, onları (kafirləri) təqlid etmək haramdır, baxmayaraq ki, hədisin zahiri mənası onları təqlid edənin kafir olmasıdır.” (İqtida əl-Siraət əl-Müstəqim 1/237)

Bundan əlavə, müsəlmanların keçirdiyi hər bir nümayiş və etiraz aksiyası haram bidətdir (yenilikdir), çünki nə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) nə də onun səhabələri heç vaxt etiraz aksiyası keçirməyib, nə də nümayişə çıxmayıblar. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) deyib: “…hər bir bidət isə bir zəlalətdir (sapmaqdır)”. (Əbu Davud (4607) və ət-Tirmizi rəvayət edib (2676) Hədis səhihdir. İbn Həcər səhihləşdirib, Təxric Əhədis ibnul Həcib (1/137)

Bundan əlavə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyib: “…hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır”. Ən-Nəsai (1/224) Cabir bin Abdullahdan rəvayət edib və şeyxulislam İbn Teymiyyə “Məcmul Fətəva” kitabında bu hədisin (3/58) səhih olduğunu bəyan edib.

Həmçinin, etiraz aksiyaları və nümayişlər bidət olduğu üçün qəbul olunmayan ibadət sayılır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Kim bizim işimizdə (dinimizdə) bir şeyi icad edərsə, onun etdiyi iş bizim işimizdən olmaz və ondan həmin iş (əməl) rədd olunar” (Buxari və Müslim rəvayət edib).

“Kim bizim işlərimizdən olmayan bir əməli edərsə, həmin əməl ondan rədd olunar (qəbul olunmaz)” (Müslim rəvayət edib).

İslamda “bidə həsənə” (gözəl bidət) yoxdur, bütün bidətlər haramdır, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətə xeyri olan hər bir şeyi onlara öyrətmişdi. Kiminsə Peyğəmbərin ümmətə öyrətmədiyi, lakin ümmət üçün xeyri olan bir şeyi öyrətməsi mümkün deyil. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Məndən əvvəl elə bir Peyğəmbər gəlməyib ki, ümmətinin xeyrinə olduğunu bildiyi bir şeyi onlara açıqlamasın və onların ziyanına olduğunu bildiyi bir şeydən onları xəbərdar etməsin”. (Müslim rəvayət edib).

Bundan əlavə, müsəlmanı Cənnətə yaxınlaşdıracaq hər bir ibadəti Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə öyrədib. “Sizi Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq elə bir şey yoxdur ki, onu sizə bəyan etməyim”. (Əhməd və başqaları rəvayət edib; əl-Albani və başqaları səhihləşdirib).

İnşallah, yuxarıda sadalananlardan etiraz aksiyaları və nümayişlərin (və buna bənzər şeylərin) haram olduğu və niyə haram olduğuna dair bəzi səbəblər aydın oldu. Allah bu ümməti etiraz aksiyaları və nümayişlər fitnəsindən qorusun. Amin.

Mühüm məqam : Səhabələr etiraz edirdimi?
Bəzi müsəlmanlar səhabələrin etiraz aksiyalarını dəstəklədiyini iddia edir və bu iddianı əsaslandırmaq üçün Ömər əl Faruqun (Allah ondan razı olsun) səhabələrlə birgə iki səf halında Kəbəyə doğru yürüş etdikləri barədə hədisi dəlil gətirirlər. Lakin bu hədislərin nəql edildiyi heç bir rəvayət səhih deyil və ya hamısı zəifdir. Şeyx Əli Riza deyib: “Abdullah bin Əhməd (İmam Əhmədin oğlu) öz “Fəzəil əs-Səhabə” kitabında (1/285-288) bunu qeyd edib və Ömərin (Allah ondan razı olsun) İslama gəlməsini təsvir edən rəvayətlərdən heç biri səhih deyil”.

Bu rəvayətlər zəif olduğu üçün etiraz aksiyalarının və nümayişlərin halal və ya haram olması barədə fiqhi hökmü izah etmək üçün onlardan istifadə oluna bilməz. İmam Nəvəvi “əl-Əzkar” kitabında deyib: “Nəyin icazəli (halal) və nəyin qadağan (haram) olduğu kimi fiqhi hökmlərə və ya ticarət, nigah, boşanma və digər məsələlərin hökmünə gəldikdə isə: hər hansı bir əməl səhih və ya həsən (yaxşı) hədisdən başqa heç nəyə əsaslana bilməz…”

Şeyxulislam İbn Teymiyyə “Məcmu əl-Fətəva” kitabında deyir 1/250: “İslamda nə səhih, nə də həsən olmayan zəif hədislərə əsaslanmaq icazəli deyil…İmamlardan (fiqh və ya hədis alimləri) heç biri zəif hədis əsasında hər hansı bir şeyin vacib və ya müstəhəb (bəyənilən) hesab etməyin icazəli olduğunu deməyib. Kim bunu deyirsə, alimlərin yekdil rəyinə (icma) zidd gedir…”.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb