Yüklə

Sual: Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) təhqir edən kafir karikaturaçını öldürmək olarmı?

Şeyx Fövzan: Sui-qəsd etmək düzgün yol deyildir.

Belə etmək onların müsəlmanlara qarşı olan şər və nifrətini artırır. Lakin onları qəhr edən şey onların şübhələrinə cavab vermək və rüsvayçılıqlarını bəyan etməkdir.

Əl və silah ilə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) yardım etməyə gəldikdə isə, bu iş, müsəlmanların başçılarının işidir və Uca Allah yolunda cihad ilə olur.