“Ölkə başçısına qarşı çıxmaq, yaxud başçı və rəiyyəti bir-birindən ayırmaq üçün böhtanlar və yalanlar yaymaq Allah-Təalanın bizə qadağan etdiyi xəyanət növlərindəndir”.

«SələfXəbər» ssa-at.gov.sa saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının baş muftisi, Böyük Alimlər Məclisinin rəisi Şeyx Əbdüləziz əl-Şeyx rəiyyəti öz başçısına xəyanət etməsindən çəkindirərək deyib:
“Xəyanət, İslamın qadağan etdiyi pis bir əxlaqdır. Xəyanət elə bir çirkin və iyrənc xarakterdir ki, o ümmət arasında birlik bağlarının kəsilməsinə və müsəlman toplumunun bir-birinə olan haqlarını zəifləməsinə səbəb olur. Allah-Təala ölkə başçısına itaəti, o başçıya edilən beyətə hörmət və təzim etməyi vacib buyurmuşdur. Onlara qarşı çıxmaq, yaxud başçı və rəiyyəti bir-birindən ayırmaq üçün böhtanlar və yalanlar yaymaq Allah-Təalanın bizə qadağan etdiyi xəyanət növlərindəndir”.

Həmçinin deyib:
“Xalq da öz ölkə başçılarının və məsul şəxslərinin boynunda bir əmanətdir. Başçıların da xalqın ləyaqət və izzətini müxtəlif cəhətlərdən – iqtisadi, siyasi, hərbi, təhlükəsizlik, təlim və informasiya cəhətdən qorumaları üçün düzgün plan qurmaları vacibdir və bütün bu işlərin əmanətlə yerinə yetirilməsi lazımdır. Xalqın maraqlarını dünya oyunundan və hiyləsindən qoruyan siyası plana ehtiyacı vardır.

Allah-Təala bu ölkənin başçılarına hikmətli siyasət müvəffəq etdiyi üçün O, bu ölkəni düşmənlərinin istədiyi bir çox şərlərdən qorumuşdur. Ölkəni idarə edən şəxs Allahdan qorxaraq pis məsləhətçidən və gizli xəyanətdən çəkinməlidir”.

Eyni zamanda, mufti, xalq içərisindən kiminsə toplum arasında kin-küdurət və təfriqə salmaq istəyən düşmənlərə yem olaraq xalqa və vətənə xəyanət etməsindən çəkindirərək deyib:
“Xalqa xəyanətdən biri də onların gənclərinin ağıllarına aqibəti zəlillik və həqarətlə bitən şeylərlə təsir göstərərək bu kimi işlərə sövq etməkdir. İslama, dinə, əxlaqa, dəyərlərə qarşı düşmənçilik göstərən, ölkəyə, onun başçısına, təhlükəsizliyinə qarşı nifrət bəsləyən informasiya kanalları ilə əlaqə qurmaq və onlara rəylər vermək hamısı xalqa xəyanətdən sayılır.

Müsəlman bundan çəkinməli və bilməlidir ki, müsəlmanların vətəni xalq boynunda bir əmanətdir. Vətənə xəyanət xalq içərisində terror etməklə fitnə-fəsad törədən cinayətkarların çağırışını təsdiqləmək deməkdir. Vətəni qorumaq hər bir müsəlmanın boynuna düşən bir borcdur. Hər hansı bir cinayətkarı, fəsad törədəni və terror edəni gizlətmək əmanətə xəyanət etməkdir”.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb