Allaha və İslama dəvət – hər bir məsuliyyətli və şüurlu müsəlmanın vəzifəsidir. İslamda xüsusi dini statusa malik ruhanilər və din xadimləri olmadığına görə insanları Allaha dəvət etmək vəzifəsi başqa dinlərdə olduğu kimi “peşəkar ruhanilərdən” ibarət hansısa uydurulmuş qrupla məhdudlaşdırıla bilməz.

İslamda hər bir kişi (və ya qadın) özünə görə həm də dininin xidmətçisidir, və hər kəs səmimiyyətlə və öz imkanlarının tam gücü ilə İslama dəvətdə öz vəzifələrini nə dərəcədə yerinə yetirdiyinə görə Allah qarşısında məsuliyyət daşıyacaqdır.

Fövqəluca Allah müsəlmanları bu məsələdə öz məsuliyyətini yerinə yetirməyə çağıraraq Quranda deyir: “(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?”. (Müqəddəs Quran, “Fussilət” surəsi, 33-cü ayə).

İnsanları İslama dəvət etmək üçün görkəmli alim və ya fiqh üzrə hüquqşünas olmaq mütləq deyil. Müsəlman insanları öz dininə təkcə gözəl danışıqlarla deyil, həmçinin yaxşı davranışla və pozitiv həyat tərzi ilə dəvət etməlidir, çünki başqalarına, hətta gözəl sözlərlə, nəyisə etməyə çağırmaq, ancaq onu göstərir ki, bu şəkildə insanların qəlblərinə və ruhlarına nəyisə çatdırmağa müvəffəq olmaq mümkün deyil.

Bundan başqa, belə halda dəvətçi Allahın qəzəbinə tuş gələ bilər, çünki deyilmişdir: “Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.” (Müqəddəs Quran, “Saff” surəsi, 2-3-cü ayələr). “Hərəkətlər sözlərdən daha uca danışır” prinsipi Asiyanın, Afrikanın və Avropanın bəzi hissələrində dinin yayılması vasitəsilə İslamın çox əsirlik tarixində müvəffəqiyyətlə təcəssüm edilmişdir.

Bir və Qüdrətli Allaha iman müsəlman tacirlərinin səxavətli davranışları sayəsində yayılırdı.
İslamın “qılıncla deyil, sülhlə” yayılmasının qısa tarixi icmalı belədir.

XIV-cü əsrə hind və çin müsəlman-tacirlərinin səyləri sayəsində, İslam induizmin politeizm dininin və “Allahsız din” – buddizmin yayıldığı indiki Malayziyanın ərazisinə özünə yol açdı. O zamanın şəraitində o vaxtın Malayziyasının feodal hökmdarlarının – sultanların qanuniləşdirilməsi üçün əsas məhz İslam oldu. Məhz bu vaxt islam dini və malay milli kimliyi eyniləşdi, hərçənd hələ uzun müddət hindular və hətta hindulardan öncəki adətlər Malayziya mədəniyyətində qalmağa davam edirdi.

Bütövlükdə, Cənub-Şərqi Asiyada müsəlman iştirakı təxminən altı yüzillik dövrü əhatə edir. Bu dövrün başlanğıcı 1400-cü ilə təsadüf edir, hərçənd bir çox tədqiqatçılar iddia edir ki, İslam bu regionda hətta daha əvvəl – 1100-cü ildə Sumatra adasının şimal hissəsində Asex bölgəsində (hal-hazırda İndoneziya) meydana çıxıb. Biz xronoloji əsas kimi nəyi götürsək də, bir şeydə şübhə yoxdur – indiki Malayziya, cənubi Tayland, İndoneziya, Kamboca və Filippin ərazisində İslamın bir neçə yüz il yaşı var. Həm də müasir tarixçilər iddia edirlər ki, XVI-cı əsrin əvvəlində yerli sakinlər təkcə Hindistandan və Çindən olan müsəlman tacirləri ilə deyil, həmçinin bilavasitə Ərəbistandan olan tacirlərlə əlaqədə olurdular.

İslamın İndoneziya, Malayziya və Filippində müvəffəqiyyətlə yayılmasına burada Quran və başqa dini müsəlman kitablarının aktiv yayılması səbəb olub. Hal-hazırda isə İndoneziyanın əhalisinin 90%–i – müsəlmandır, malayziyalıların yarısı da həmçinin İslamı etiqad edir. Lakin Filippində isə ispanlar (daha sonra isə amerikalılar) hərbi güc sayəsində əksəriyyəti xaçpərəstliyə döndərməyə müvəffəq oldu.
Afrikada İslamın xüsusiyyəti kimi onun “qara qitədə” yayılmasının şəhərlərin böyüməsinə və bütövlükdə iqtisadi inkişafa eyni zamanda səbəb və nəticə olmasını qeyd etmək lazımdır. Bununla belə İslam həmçinin burada elmilərin, sənət və peşələrin inkişafının bilavasitə mənbəyi idi. Hərçənd Afrikada islam hökmranlığının apogeyi yüzillikdən bir az çox davam etdi, yerli mədəniyyətin ən sürətli çiçəklənməsi məhz bu vaxta təsadüf etdi.

Afrikada, Saxaradan daha cənub istiqamətə İslam XVI-cı əsrin başlanğıcından çox öncə yayılmağa başladı. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ilk şəhər Niger çayı üzərindəki Qao şəhəri (indiki Malinin ərazisi) oldu. Bu 990-cı ildə, şəhərin hökmdarı İslamı qəbul etdikdən sonra baş verdi.

1040-cı ilə Seneqalın əhalisinin əhəmiyyətli qrupları müsəlman oldu. Buradan İslam Malinin qərb hissəsinin indiki ərazilərinə və Qvineyaya öz intişarını başladı. 1076-cı ildə Qanada Soninke xalqı İslamı qəbul etdikdən sonra, Məhəmməd Peyğəmbərin (ona salavat və salam olsun) dini Niger çayının bütün axını üzrə yayıldı.

Malidə müsəlman krallığı XIII-XV-ci əsrlərdə yarandı, Sonqai dövlətinin tarixi izləri 1465-1600-cü illərə aiddir. Saxara zonasında ən şərqi krallıq Çad gölünün yaxınlığındakı Kanem-Burnu krallığı oldu.

Asiyanın şərqində olduğu kimi, İslam Afrikanın qərbində də həmçinin müsəlman tacirləri vasitəsilə yayılırdı. Orta əsrlərdə tez-tez olduğu kimi İslamı ilk qəbul edənlər hökmdarlar, onların arxasında isə artıq bütün xalq olurdu. Eyni zamanda fəqih alimləri və din xadimlərinin yaşadığı Timbuktu (Mali) şəhərində afrika müsəlman fikrinin elmi, hər şeydən əvvəl, hüquqi məktəbi yarandı. Məhz, İslamın sayəsində, o vaxtkı Afrikada, cənubunda indiki Nigeriya və Qanadan, şimalında Liviyaya və Tunisə qədər böyük əraziləri bağlayan ticarət və sosial kommunikasiyalar formalaşdırılmışdı.

Şərqi Afrikada tacirlər artıq X-cu əsrə Hind okeanının sahil xətti ilə indiki Somalinin, Keniyanın və Tanzaniyanın ərazisində İslamı yaymışdı. Misirdən cənuba, Nubiyaya ərəb-müsəlman tayfalarının ancaq dinc köçürülməsi və onların tərəfindən yerli əhalinin (həmçinin dini) assimilyasiyası nəticəsində islamlaşma dalğası buranın əhalisini əhatə etdi.

Lakin bu dalğa burdan uzağa, Xartumdan cənuba getmədi. Oradakı tayfalar ibtidai inamlarını etiqad etməyə davam edirdi, sonradan isə onların bu etiqadlarına Avropa müstəmləkəçilərinin gətirdiyi xaçpərəstlik qarışdı. Bu zamanımızın hadisələrində də özünü göstərdi, o vaxt ki, əvvəl vahid olan Sudan hal-hazırda etnik-dini prinsipə görə bölünmüş oldu.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb


Mərhum şeyx Useyminin (Allah ona rəhm etsin) deyib:
“Ey mənim qardaşlarım! Ey gənclər! Ey müsəlmanlar! Satdığınız və aldığınız şeylərdə, və kirayələdiyiniz, və kirayə verdiyiniz şeylərdə, və bütün qarşılıqlı sövdələşmələrdə düzgün olun. Çünki doğruluq möminlərin sifətlərindəndir, və Böyük Allah bizə dürüst olmağı əmr etdi:
“Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun” (Müqəddəs Quran, “Tövbə” surəsi, 119-cu ayə)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də doğruluğa çağıraraq deyib: “Doğruluqdan yapışın, çünki doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə; Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar”. Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yalançılıqdan çəkindirər və deyirdi: “Yalançılıqdan çəkinin, çünki yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə; Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında qatı yalançılar siyahısına yazılar” (Əl-Albani, Səhih əl-Cəmi).

Ey mənim müsəlman qardaşlarım! Ey gənclər! Din qardaşlarınızla və aranızdakı qeyri-müsəlmanlarla danışıqlarınızda düzgün olun, və, beləliklə, insanları öz əməllərinizlə İslam dininə dəvət edəcəksiniz. Həqiqətən də, bir çox insan müsəlmanların doğruluğunun, onların saleh davranışlarının və əməllərinin şahidi olub İslamı qəbul etdi”. (H. C Oliver “Vəhhabilik” mifi. Səh. 57-58).