Mumeyyilər Seymur Camal

Adil Rəcəbovun xətaları (44 xətası haqqında)

Allaha həmd olsun, onun Peyğəmbərinə Allahın salamı və salavatı olsun!

1. Alimlər, elm əhli ondan çəkindirdiyi halda onların sözlərinə, nəsihətlərinə məhəl qoymayıb onlara qarşı tərbiyəsizlik etməsi;
2. Xəvaric fikirli insanları müdafiə etməsi;
3. “Sələf-forum” barədə bəyanat verərkən Şeyx Süleyman Ruheylinin sözünü yarımçıq çatdırması;
4. Minbərdən (xütbə zamanı) ölkə rəhbərinə dua etməyi yaltaqlıq sayması;
5. Şeyx Saleh Əli Şeyxin adından yalan danışması;
6. Balaca uşaq kimi davranaraq onu tənbeh edən alimə qarşı ədəbsizcə cavab qaytarması;
7. Sələfilərə, alimlərə qarşı mübarizə aparması, onları təhqir etməsi;
8. Adilin ciddi problemlərinə nə qədər şahidlər var ki, onunla üzbəüz görüşmək istəyiblər, lakin, gəlməyib. Hətta bəzən təşəbbüs onlar tərəfindən olub, lakin, deyiləndə ki, səs yazılacaq, gəlməyib;
9. Müsəlman hakimi müəyyən hallarda “izələ” etməyi icazəli sayması.
Qeyd: “İzələ” sözü ərəb dilində “yox etmək”, “silmək”, uzaqlaşdırmaq”, “çıxarmaq” və s. mənalarını verir. Buradakı mənası isə hakimi uzaqlaşdırmaqdır);
10. Alimləri təhqir etməsi, onlara qarşı hörmətsizlik etməsi;
11. Alimi söyməsi (“Şıntır” deyərək);
12. Ölkə başçısına qarşı çıxmaq məsələsi, əhli sünnədə olmasını iddia etməsi;
13. Alimlərdən birinə qorxaq deməsi;
14. Adil deyir ki, Şeyx Abdullah Buxarinin üzünə tüpürüblər (Bu da bunun sələfi şeyxlə əxlaqı, tərbiyəsi);
15. Alimlərdən birini həddadilikdə ittiham etməsi;
16. Alimə hörmətsizlik edib cavab qaytarması;
17. Elm əhlinin məsləhət görmədiyi, məzəmmət etdiyi şəxsi tərifləməsi;
18. Elm əhlinin çəkindirdiyi Vəlid adında birisi ilə sıx əlaqələrinin olması (beləliklə elm əhlinin sözünə əhəmiyyət verməməsi);
19. Türkiyədə-Rizədəki mədrəsədə təlim üçün cavanların göndərilməsində rolu olması;
20. Şeyx Rabini təhqir etməsi (“O, ağzına gələni danışır” deməklə);
21. Şeyx Rabiyə dil uzatması (“O, şiddətlidir” deməklə);
22. Şeyx Rabiyə böhtan atması (“O, indi sələfiləri vurur” sözünü yaymaqla);
23. Şeyx Muhamməd İbn Hədi adında alimi təhqir etməsi (“Kimdir o, nə alim, nə alim?” deməklə);
24. “Sələfi alimlərə təkfirçilərlə bir pulun iki üzü kimidirlər” deyən şəxsi təsdiqləməsi;
25. Ölkəmizdəki sələfilərə qarşı mübarizə aparması;
26. Cahil müsəlmanlardan ehtiyat edib, təkfirçilərdən ət almağı icazəli görməsi;
27. Adil “Sələf-forum” saytından ona görə çəkindirmir ki, çünki ora çox insan daxil olur;
28. Şeyx Talat Zahrana cəhmi deməsi.
Qeyd: Cəhmiyyələr azmış və küfr olan etiqada sahib bir firqədir;
29. Alimlərin çəkindirdiyi kitabdan dərslər keçməsi;
30. Qamət Süleymanov və digər tələbələrin ona qarşı qaldırdıqları iddiaları “özlərindən çıxartmalarını” deməsi;
31. Qamət Süleymanov və digər tələbələrin ona qarşı qaldırdıqları tələbləri “Bidət” adlandırması;
32. Qamət Süleymanov və digər tələbələrin ona qarşı qaldırdıqları tələbləri “oyun” adlandırması;
33. Qamət Süleymanov və digər tələbələrin ona qarşı qaldırdıqları tələbləri “boş-boş ittihamlar” adlandırması;
34. Adil Rəcəbov deyir ki, guya Qamət Süleymanov və digər tələbələr “Sələf-forum”-un admini olan Amaş ləqəbli şəxsə xəvaric fikirlərini etiqad etdiyini zorla boynuna qoyurlar;
35. «Heç vaxt ölkə rəhbərini kafir görməmişəm» deməsi;
36. Qamət Süleymanov və digər tələbələrin (son mənhəc söhbətlərində) dediyi şeylərin hamısında ya da 90%-də yalan olduğunu deməsi. (Halbuki, o qardaşların dediklərinin demək olar ki, çox hissəsi səsli ya da şahidlərlə təsdiqini tapıb, Əlhəmdulilləh);
37. Adil deyir ki, sələfi tələbələr Abdullah Buxarini Adilə qarşı danışdığı üçün qaldırıb dağın başına qoyublar.
(Birincisi, Adil tələbələrin qəlbindəkiləri necə öyrəndi?! İkincisi isə Şeyx Abdullahı tələbələr yox, alimlər qaldırıblar, Əlhəmdulilləh. Aşağıda səsli sübutlar təqdim olunub);
38. Adil deyir ki, guya Şeyx Abdullah Buxari (hafizahullah) onu tanımadan tənqid edib cərh etmişdir. Lakin, sonradan Şeyx Buxari səs yazısında Adili tanıdığını bəyan etdi. Bununla da alimin sadiqliyi, Adilin isə yalanı ortaya çıxdı, Əlhəmdulilləh;
39. Adil deyir ki, Şeyx Abdullah Buxari (hafizahullah) ancaq insanlardan danışırdı. (Subhanallah, bu insan özünü nə qədər yükləyir!);
40. Adil Rəcəbov Şeyx Buxari (hafizahullah) haqqında deyir ki, O, arxadan danışır, amma, üzə çıxa bilmir (Bu da bunun əxlaqı);
41. Adil deyir ki, Şeyx Muqbilə alimlər heçnə deməyiblər;
42. Şeyx Rabi və bir neçə alimi bir yerdə “dəstə” adlandırması;
43. Ölkə rəhbəri mövzusunda problemləri olan şəxslərin fikirləri ilə razılaşmasa da onlarla oturub-durmağı, birlikdə olmağı icazəli görməsi, onları tərifləməsi;
44. Adilin “dahiyanə” fəhmi ilə “Kimdənsə mövqe soruşmaq bir növ xurucdur!» deməsi.

Müvəffəq edən Allaha həmd olsun!

Hazırladı: Seymur Camal
Rəy, təklif və elmi dəstək:
Qamət Süleymanov
Tural Yusubov