Mumeyyilər Seymur Camal

“Sufuq” Rəşad Hümbətov haqqında – Seymur Camal (video sübütla)

Allaha həmd olsun. Onun Rəsuluna Allahın salamı və salavatı olsun.

Möhtətəm izləyici, Allah sənə bərəkət versin, səni qorusun. Hədislərdə varid olub ki, axır zamanın əlamətlərindən biri odur ki, insanlar böyüklərdən deyil balacalardan elm alacaqlar. Ölkəmizdəki müsəlmanların bəziləri bu bəlaya düçar olublar. Belə ki, hizbilər, mumeyyilər Rəşad Hümbətov adında şəxsi verirlər qabağa. Güya bu “elm əhlidir” ! Səbəb isə odur ki, o Adilə qoşulub sələfilərə qarşı mübarizə aparır.
Rəşad kimdir ? Əvvəla o nə Mədinə Universitetində, nə Məkkə
nə Riyad nədə başqasında dini təhsil almayıb. Nədə böyük alimlərin yanında düz-əməlli oturub elm almayıb. El arasında
“samauçka” kimi tanınan bu şəxs, bəzi alimlərin belə ehtiyat etdiyi ağır məsələlərdə uzun-uzun danışması ilə seçilir, özünə zülm etməsi, özünü həlak etməsi ilə gözə çarpır. Onda bir çox problemlər var. Həmin problemlərdən biridə odur ki, bir neçə dəfə, ayrı-ayrı yerlərdə camaatı alimlərə qayıtmaqdan çəkindirir. Deyir: “bizi dəlil maraqlandırır, hansısa alim cahilliyi üzr görür, hansısa alim cahilliyi üzr görmür və sair bu kimi şeylər … alim niyə axtarırsan, alim axtarmaq olmaz qardaşlar, alim lazım deyil … hədis axtar, doludur hədislər …”.

Möhtərəm izləyici, xatırlayırsansa təkfirçilər, xavariclərdə cihad, küfr ayələrini gətirəndə biz onlara deyirdik ki, siz dəlil gətirdiz, lakin gəlin baxaq görək alimlər bu dəlilləri necə izah ediblər, necə başa düşüblər, gəlin alimlərə qayıdaq. Onlar isə cavab verirdilər ki, neynirsiz alimləri, bizim alimimiz pey-ğəmbərdir (sallallahu aleyhi və səlləm)

Bax belə birisini elm əhli kimi veriblər qabağa.
الله المستعان
Allahul mustəan

Bu balaca elə o vaxtlar təkfirçilərə qarşı danışandada korlayırmış, nə gəldi danışırmış, yersiz fitnələrə səbəb olurmuş, lakin yavaş-yavaş üzə çıxdı, əlhəmdulilləh.

Şeyx Muhamməd ibn Hədi (hafizahullah) belə buyurur:
“Dəvət meydanına SAAFİQALAR girəndən sonra fitnələr çoxaldı”

SAAFİQA – sözü “SUFUQ” sözünün cəmidir.
Ərəbcə:
صَعَافِقَة صُعْفُوق

Mənası isə: əlində malı-mayası olmadığı halda, ticarətçilərin arasına girişib, özünü tacir kimi göstərənlərə deyilir. Dini mənada isə: elmləri olmadan elm əhlinin arasına soxulub özlərini elmli göstərənlərə deyilir.

Bu “sufuq” son vaxtlar isə “selfi” şəkilləri ilədə diqqət çəkir.
Halbuki, özünün şəkil barədə sözünü hətta o vaxtlar
“Ans” kanalı belə “təəccüblə” qarşılamışdı.

Həmçinin, bu “sufuq” bir müddət əvvəl şəxslərlə imtahan mövzusunda çıxıb nə gəldi danışmışdı, daha doğrusu “qusmuşdu”. Cavabıda verilmişdi, əlhəmdulilləh. Sonradan çıxıb “səs-küynən” güya özünü müdafiə elədi, amma nə fayda sufuqdurki, sufuq.
Yeri gəlmişkən “SUFUQ” və “SAAFİQA” sözlərinin doğru tələffüzünə kömək məqsədi ilə səsli təqdim etmişik. Buyurub aşağıdakı linkə keçid edə bilərsiniz:

Möhtərəm şeyx Muhammədin səsi ilə (Allah onu və bütün alimləri qorusun, onlara bərəkət versin. Xəstə olan alimlərə şəfa versin.)

Mescid.info